VU University Amsterdam

VU University Amsterdam

Əlaqə

Vrije University Amsterdam 1880-ci ildə əsası qoyulmuş beynəlxalq nüfuza sahib tədqiqat universitetidir. Amsterdam şəhərinin və Hollandiyanın ən böyük və qədim universitetlərindən biridir. Ümumilikdə universitetdə dünyanın 78 müxtəlif ölkəsindən 3,000 beynəlxalq tələbə daxil olmaqla 23,000 dən çox tələbə təhsil alır. Universitet Holland və İngilis dilində geniş sayda bakalavr, magistratura və doktorantura proqramları təklif edir. QS World University reytinqinin açıqlamasına görə, VU University Amsterdam dünyada ən yaxşı ilk 200 universitet arasında 165-ci yerdə qərarlaşmışdır. Universitet Biznes və İqtisadiyyat fakültəsi isə 95-ci yerdə sıralanmışdır. Dünya universitetləri akademik sıralaması (ARW) da VU University Amsterdamın tibb fakültəsi 48-ci yerdə sıralanmışdır. VU Amsterdamın mərkəzi kampusu müəllim və tələbə heyətinə tədris və tədqiqat üçün bütün imkanları təmin edir. Mərkəzi kampus universitet kitabxanası, bir neçə fakültə və 7,300 incəsənət və sosial fənlər tələbəsinə ev sahibliyi edir. Bütün il boyunca yüz konfrans, üç yüzdən çox doktorantura konfransı, inaqurasiya mərasimi, akademik il başlanğıcı və bu kimi çox sayda tədbirlər baş tutur. Universitetin bir sıra xidmətlər təklif edən yüksək komfortlu yataqxana xidməti bütün tələbələri rahat həyat tərzi və büdcələrinə uyğun keyfiyyətli yaşayış yeri ilə təmin edir.

Təhsil proqramları (bakalavr, magistr və doktorantura)

  • Tibb elmləri
  • Fəlsəfə, İqtisadiyyat və Siyasi elmlər
  • Ekonometrika
  • Psixologiya
  • Sosiologiya və Antropologiya
  • Riyaziyyat
  • Beynəlxalq Biznesin İdarə edilməsi
  • Tarix və Beynəlxalq elmlər

Tələb olunan sənədlər
Pasport, diplom və ya attestat, CV, tövsiyyə və motivasiya məktubu, İngilis dili sertifikatı (IELTS və ya TOEFL)

Medium vrije universiteit amsterdamVu university amsterdam logo

VU University Amsterdam

Holland və İngilis dilində bakalavr, magistratura və doktorantura proqramları təklif edən Vrije University Amsterdam 1880-ci ildə yaradılmış tədqiqat universitetidir.
© 2020 SNG, All Rights Reserved.