VSFS University Prague

VSFS University Prague

Əlaqə

VSFS universitetinin əsası 1998-ci ildə Bank Academy və Czech Coal Group tərəfindən qoyulmuşdur. Çexiya Respublikasının ən qədim biznes universitetlərindən biridir. Universitet turistlərin ən çox axın etdikləri şəhərlərdən biri olan Praqada yerləşir. Çexiya Təhsil, Gənclər və İdman Nazirliyi tərəfindən rəsmi olaraq Çex özəl ali təhsil müəssisəsi kimi tanınmışdır. 2001-ci ildə universitet beynəlxalq əlaqələr çərçivəsində City University of Seattle ilə əməkdaşlığa başladı. 2004-ci ildə isə European Credit Transfer and Accumulation System (ECTS) və Erasmus proqramına qoşuldu.
Hal-hazırda universitetdə 6 minə qədər tələbə təhsil alır ki, bunlardan da 1200 nəfəri əcnəbidir. Universitetin akademik heyəti 400 nəfər ixtisaslı müəllim və professorlardan ibarətdir. Universitet ingilis dilində bakalavr, magistr, doktorantura proqramları ilə yanaşı yerli və regional icra orqanları üçün təhsil proqramları təklif edir.
Universitetin üç müasir və geniş sahəni əhatə edən kampusu vardır. Kampusların hər birində istirahət zonası, yeməkxana, oyun zalları, multimedia mərkəzi, kitabxana, İT laboratoriyaları mövcuddur.
Təhsil proqramları (bakalavr, magistr və doktorantura)

  • Biznes hüququ
  • İnformatika
  • İqtisadi Siyasət və Administrasiya
  • İqtisadiyyat və Menecment
  • Hüquq
  • Maliyyə
  • Marketinq

Tələb olunan sənədlər
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, tövsiyə və motivasiya məktubu, dil sertifikatı ( IELTS və ya TOEFL)

Medium prague hotels with views in prague best areas   luxury and boutique hotels   headerUniversity of finance and administration vsfs logo

VSFS University Prague

Bank Academy və Czech Coal Group tərəfindən əsası qoyulan VSFS University Prague tələbələrə ingilis dilində bakalavr, magistr, doktorantura proqramları üzrə təhsil təklif edir.
© 2020 SNG, All Rights Reserved.