York universitetinin əsası 1963-cü ildə qoyulmuşdur. Heslington şəhərində yerləşən və 80 hektarlıq əraziyə malik olan əsas kampusu bir-birinə yaxın olan fakültələr və akademik binalardan ibarətdir. Universitetdə iki daimi sənət qalereyası, bir neçə müvəqqəti sənət sərgisi və çoxsaylı heykəllər var. 2010-cu ildə Times Higher Education Awards tərəfindən ilin universiteti seçilmişdir. Guardian University Guide 2019 – də 12-ci sırada, The Times and Sunday Times university league table 2019 tərəfindən 22-ci, QS World University Rankings 2019 tərəfindən isə 134-cü sıraya layiq görülmüşdü. Arxeologiya, Kompüter elmləri və Sağlamlıq İqtisadiyyatı sahələri üzrə Queen’s Anniversary Prize mükafatına layiq görülmüşdür.
Təhsil proqramları:
- Biznes və idarəetmə
- Ədəbiyyat
- Sosial elmlər
- Hüquq
- Kompüter elmləri
- Mühəndislik
- Xarici dil
Tələb olunan sənədlər:
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), tövsiyyə və motivasiya məktubu, dil sertifikatı ( IELTS və ya TOEFL)