University of St Andrews

University of St Andrews

Əlaqə

St Andrews Universiteti 1413-ildə Şotlandiyanın ən qədim, Birləşmiş Krallığın isə üçüncü ən qədim universitetidir. Universitet araşdırma və tədris proqramlarına görə İngiltərənin seçilən universitetləri sırasındadır.
Dəniz kənarında qədim və tarixi bir şəhərdə yer alan universitet bütün dünyada güvənilir bir mühitdə təhsil almaq istəyən tələbələri cəzb etməkdədir. Beynəlxalq tələbələr üçün ingilis dili səviyyəsini təkmilləşdirmək üçün foundation proqramları təklif olunur. St Andrews Universiteti Sunday Times tərəfindən 2008-2009-cu ildə ilin ən yaxşı Böyük Britaniya universiteti olaraq seçildi və Times Good University Guide 2009-da 5-ci sırada yer almaqdadır. 100 fərqli ölkədən gələn 7000-dən çox tələbələrin 41.4%-ni beynəlxalq tələbələr təşkil edir.
Şotlandiyada bakalavr təhsili 4 ildir. Tələbələr 4 fakültədən birinə baş vururlar: İncəsənət, Teologiya, Elm və Tibb.
St Andrews universiteti bakalavr tələbələrinə ABŞ və Kanadada bir il keçirtmək imkanı təqdim edir.
St Andrews son 9 ildə The Times University Guide sıralamasında Şotlandiyadakı ən yaxşı universitet adını almışdır. 2011-2015-ci illərdə “İlin ən yaxşı universiteti” mükafatına layiq görülmüşdür. Universitet araşdırmalarına görə Şotlandiyada 1-ci İngiltərədə 14-cü sırada yer almışdır.

Təhsil proqramları :

  • Biologiya
  • Kimya
  • Kompüter elmləri
  • İqtisadiyyat və Maliyyə
  • İngilis dili
  • Tarix
  • Beynəlxalq münasibətlər
  • Menecment
  • Fizika və Astronomiya

Tələb olunan sənədlər :
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), tövsiyyə və motivasiya məktubu, dil sertifikatı ( IELTS və ya TOEFL)

Məzunlar :
Prince William- Cambridge Şahzadəsi
Chris Hoy - Velosiped üzrə qızıl medal sahibi və İngilis Olimpiada yarışçısı
John Witherspoon - ABŞ Müstəqillik Bəyannaməsi imza sahibi
Edward Jenner - Çiçək xəstəliyi peyvəndinin yaradıcısı
Alex Salmond- İlk Şotlandiya naziri

Medium tcx080117saintandrews003 149944398501 standard colour 750x330

University of St Andrews

St Andrews Universiteti son 600 il ərzində dünyanın qabaqcıl tədqiqat və təlim mərkəzlərindən birinə çevrildi.
© 2020 SNG, All Rights Reserved.