Əsası 1856-ci ildə qoyulan University of South Australia (UniSA), Cənubi Avstraliyanın ən böyük universiteti və dövlət tədqiqat mərkəzidir. Universitet QS World University 2015-ci il reytinq sıralamasında dünyanın 10.000-dən çox universitetləri arasında ilk 300-də yerləşmişdir. Araşdırma nəticələrinə görə isə ölkədaxili sıralamada ilk 15-də yer almışdır. UniSA Times Higher Education World University 2015-2016 sıralamasına görə də dünyanın Top 200 Avstraliyanın isə Top 100 universitetləri arasında göstərilmişdir. UNISA 2015 Beynəlxalq Tələbə Barometri tələbə dəstək xidmətlərinə görə Avstraliyada ikinci sırada yerləşir. Universitet Adelaide-dəki yeganə Biznes Məktəbi və Avstraliyadakı 9 akkreditə edilmiş EQUIS-dən biridir.
Universitetin əsas 4 kampusu Cənubi Avstraliyanın paytaxtı və ən böyük şəhəri olan Adelaide-də və əlavə 2 kampusu isə şəhər kənarında yerləşmişdir. Universitetin kampuslarında tələbələr öz vaxtlarını səmərəli və əyləncəli keçirə bilmələri üçün mükəmməl şərait (kitabxana, oxu zalları, əyləncə və ticarət mərkəzi, tam təchiz olunmuş idman və fitness mərkəzi, və kampus daxili yataqxana) yaradılmışdır. 6000 beynəlxalq tələbə daxil olmaqla 32.000-dən çox tələbə təhsil almaqdadır. Universitet biznes, hüquq, təhsil, incəsənət və ictimai elmlər, sağlamlıq elmləri, informasiya texnologiyaları, mühəndislik və ətraf mühit daxil olmaqla, müxtəlif mövzularda 400-dən çox bakalavr, magistr, doktorantura və diploma proqramı təklif edir. Andrew Baines, Barbara Hanrahan, Essington Lewis kimi məşhur simalar University of South Australia-ın məzunları arasındadır.
Təhsil proqramramları ( bakalavr, magistr və doktorantura )
- Biznes
- İncəsənət
- Menecment
- İnformasiya Texnologiyaları
- Mühəndislik
- Təbiətşünaslıq
- Tibb elmləri
- Linqvistika
- Jurnalistika
- Psixologiya Tələb olunan sənədlər Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, tövsiyyə və motivasiya məktubu, İngilis dili sertifikfatı ( IELTS və ya TOEFL).