University of Portsmouth 1870-ci ildə Portsmouth və Gosport School of Science və Art olaraq qurulmuşdur. Dünyaca məşhur yazıçı Charles Dickens və əfsanəvi Sherlock Holmes'in yaradıcısı Sir Arthur Conan Doyle'ın yaşadığı tarixi şəhər olan Portsmouth İngiltərənin ən günəşli bölgələrindən biridir. Şəhərin mərkəzində yerləşən universitetdə 100-dən çox fərqli ölkədən 4 minə qədər beynəlxalq tələbə təhsil almaqdadır. Portsmouth Universiteti Tədris Mükəmməlliyi Çərçivəsində (TEF) ən yüksək Qızıl reytinqə nail olur. The Guardian University Guide 2019 The Complete University Guide 2019 tərəfindən 25-ci sırada yer almışdır. Akademik araşdırmaların 40%-i beynəlxalq aləmdə mükəmməlliyi ilə tanınır. 2014 Beynəlxalq Tələbə Anketinin nəticəsində tələbələrin məmnuniyyət dərəcəsi 88% olmuşdur.
Fakültələr
- Finans
- Memarlıq
- Mühəndislik
- Hüquq
- İncəsənət və Dizayn
- Texnologiya elmləri
- Beynəlxalq Münasibətlər
- İqtisadiyyat
Qəbul Şərtləri
Bakalavr üçün :
Beynəlxalq foundation programı sertifikatı və ya A level, Attestat, Pasport, İELTS 6.0 hər bənd 5.5, motivasiya məktubu
Magistr üçün :
Pasport, Bakalavr diplomu dərəcə ortalaması 71%, İELTS 6.5 hər bənd 5.5, Referens məktubu, Motivasiya məktubu