University of Manchester

University of Manchester

Əlaqə

İngiltərənin şimal-qərb bölgəsinin eyniadlı şəhərdə yerləşən Mançester Universiteti 40.000 tələbəyə ev sahibliyi edir. Universitetin daxilində 4 fakültə yer alır:

  • Tibb və Humanitar
  • Mühəndislik və Fizika
  • Bəşəri Elmlər
  • Həyat Elmləri

Böyük Britaniyanın ən böyük muzeylərindən biri olan Mançester muzeyi 1821-ci ildə yaranmış dünyanın hər tərəfindən gətirilmiş 4 milyondan çox eksponata sahiblik edir. Kolleksiya ilk öncə Mançester Təbiət Elmləri Cəmiyyəti tərəfindən toplanıb sonra Mançester Coğrafiya Cəmiyyətinin eksponatları ilə zənginləşdirilib.
Universitetin nəzdində həmçinin universitetin nəşriyyatı fəaliyyət göstərir. Kitab, jurnal, qəzet, monoqrafiya və s. dərc edən nəşriyyat ölkədə Oxford və Cambridge universitetlərinin nəşriyyatından sonra üçüncü yerdədir.
Universitetdə aparılan araşdırmalara görə REF 2014 (Research Excellence Framework) universiteti yüksək notlarla qiymətləndirmişdir . QS World University Ranking 2019 tərəfindən 29-cu siraya layiq görülmüşdür. Shanghai Jiao Tong Dünya Sıralamasında Manchester Universiteti dünyada 41, Böyük Britaniyada isə beşinci sırada yer almışdır.
Universitet işçiləri, tələbələri və məzunları arasında 25 nəfər Nobel mükafatı laureatlarının olması universitetin tədris keyfiyyətinin yüksək dərəcədə olmasının sübutudur.

Təhsil proqramları:

  • Kimya və Elektrik Mühəndisliyi
  • Biologiya elmləri
  • İncəsənət və Dizayn
  • Fizika və Astronomiya
  • Riyaziyyat və Statistika
  • Əczaçılıq
  • Sosial və Tibb Elmləri
  • Biznes və Menecment
  • Maliyyə və iqtisadiyyat
  • Hüquq

Tələb olunan sənədlər:
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), tövsiyyə və motivasiya məktubu, dil sertifikatı ( IELTS və ya TOEFL)

Medium scholarship university of manchesterUniversity of manchester

University of Manchester

1821-ci ildə əsası qoyulmuş Manchester Universiteti QS World University Ranking 2019 tərəfindən 29-cu siraya layiq görülmüşdür.
© 2020 SNG, All Rights Reserved.