University of Liverpool

University of Liverpool

Əlaqə

19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində İngiltərənin böyük sənaye şəhərlərində qurulmuş 6 universitetdən biri University of Liverpool universitetidir. Universtiy of Liverpool eyni zamanda Russel Group-un prestijli üzvüdür. Universitet ümumilikdə 22.000 tələbəyə sahibdir. Xarici tələbələrin 85%-i məzun olduqdan sonra 6 ay ərzində iş tapmaq və ya daha çox təhsil almaq imkanına malikdir. High Fliers Researc-a görə, işə götürən təşkilatlar tərəfindən hədəflənən ilk 25 universitet arasındadır. UK Research Excellence Framework ( REF ) 2014-də universiteti Kimya və Kompüter Elmləri sahələrində 1-ci sıraya layiq görülmüşdür. The Times University Guide 2017-сı ildə də 39-cu sırada, The Guardian University Guide 2017-də 59-cu sırada, The QS World University Rankings 2017-də isə 157-cı sırada yer almışdır. Universitetin 3 kampusu mövcüd olmaqdadır. Liverpool, London şəhərində aspirantura təhsil mərkəzi və 2006-ci ildə Çinin Suzhou şəhərində Xi'an Jiaotong-Liverpool University əməkdaşlığı nəticəsində yaradılmış kampus, hal-hazırda həmin kampusda 8.000 tələbə təhsil almaqdadır. University of Liverpool həmçinin Bioloji Elmlər, Klinik Tibb, Diş Həkimliyi, Baytarlıq və Tropik Tibb sahəsində tam klinik təhsil təklif edən yeganə Böyük Britaniya universitetidir.
Təhsil proqramları :

  • Kompüter elmləri
  • Memarlıq
  • Mühəndislik
  • Biologiya və Kimya
  • Tibb elmləri
  • Riyaziyyat və Texnologiya
  • Təbiət elmləri
  • Hüquq

Tələb olunan sənədlər :
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, tövsiyyə və motivasiya məktubu, dil sertifikatı ( IELTS və ya TOEFL)
Təhsil ödənişləri - £14,300-32,400

Medium policy privacy deskUniversity of liverpool

University of Liverpool

İngiltərənin böyük sənaye şəhərlərindən birində əsası qoyulmuş Liverpool Universiteti eyni zamanda Russel Group-un prestijli üzvüdür.
© 2020 SNG, All Rights Reserved.