1614-cü ildə əsası qoyulan University of Groningen Hollandiyanın ən böyük və qədim tarixə malik universitetlərindən biridir. Hollandiyanın öndə gələn araşdırma universiteti olaraq beynəlxalq bir nüfuza sahibdir. Universitet Hollandiyanın qərbində əsl tələbə şəhəri olan Groningen-də yərləşir. University of Groningen-də 120 müxtəlif ölkədən 30.000-dən çox tələbə təhsil alır. Ümumilikdə universitetin akademik heyəti 5,900 nəfər yüksək ixtisaslı müəllim və professorlardan ibarətdir. 400 illik qədim bir tarixə malik olan universitet kifayət qədər yüksək reytinqə sahibdir. Times Higher Education dünya universitetləri sıralamasında 83-cü yerdə qərarlaşır. Academic Ranking of World University (ARWU) açıqlamasına görə 2017-2018-ci il sıralamasına görə 59-cu yerdədir. Son iki il ərzində universitet “Beynəlxalq Tələbə Məmnuniyyəti” mükafatına layiq görülmüşdür. Universitetin möhtəşəm əsas binası Groningen şəhərinin mərkəzində yerləşir. Groningen universiteti yüksək keyfiyyətli tədris binaları, kitabxana, oxu zalları, yeməkxana, tələbələrə təqdim edilən ən son texniki avadanlıqlarla tələbələr üçün mükəmməl universitet şəraiti yaradır. Universitetin beynəlxalq tələbələrin qəbul edib yerləşdirilməsində kifayət qədər təcrübəsi var, hər il 3000-ə yaxın tələbə Groningen-ə səfər edir. Universitetin karyera xidməti tələbələrin təhsil müddətində və təhsillərini başa vurduqdan sonra dövlət müəssisələrində və ya özəl şirkətlərdə təcrübə proqramında iştirakına və iş tapmaqda dəstək göstərir.
Təhsil proqramları ( bakalavr, magistr və doktorantura)
- İqtisadiyyat
- Biznes
- Sosial elmlər
- İlahiyyat və din elmləri
- İncəsənət
- Tibb elmləri
- Hüquq
- Fəlsəfə
- Mühəndislik
Tələb olunan sənədlər
Pasport, diplom və ya attestat, CV, tövsiyyə və motivasiya məktubu, İngilis dili sertifikatı ( IELTS və ya TOEFL)