University of Greenwich

University of Greenwich

Əlaqə

İngiltərənin müasir universitetlərindən olan University of Greenwich dünyanın ən görkəmli universitetləri sırasındadır. 1992-ci ildə Greenwich Universiteti adını almışdır. Universitetdə 140-dan çox ölkədən gələn 28.000 tələbə təhsil alır.
Universitetin müasir avadanlıqlarla təchiz olunmuş bir neçə kampusu var: Avery Hill Campus, Maritime Greenwich Campus və Medway Campus. The Avery Hill kampusu teatr salonları, kompüter laboratoriyaları, kliniki işlər üçün əlverişli laboratoriyalar, idman və yaşam mərkəzləri ilə təchiz olunub. Greenwich kampusu televiziya studiyasına 200 kompüter laboratoriyasına və zəngin kitabxanaya sahibdir. Sənət əsərlərinin sərgiləndiyi Stephen Lawrence Galeriyası bu kampusda yer almaqdadır. Bundan əlavə şərqlə qərbin ayrıldığı 0 Greenwich Meridianıda bu ərazidə yerləşir.
Niyə University of Greenwich?
People Planet Green League Table-da İngiltərədəki 5-ci universitet seçilmişdir.
Greenwich universiteti tibb bacılığı üzrə İngiltərədə üst sıralarda yer alır.
Hüquq dərsləri üzrə ən yaxşı universitet seçilib.
Yüksək keyfiyyətdə keçirilən dərsləri ilə Greenwich Sunday Times University Guide tərəfindən tələbə məmnuniyyəti baxımından Londonda 3-cü sırada yer almaqdadır.

Təhsil proqramları:

  • Mühasibat və maliyyə
  • Memarlıq və tikinti
  • İncəsənət və dizayn
  • Biznes
  • Biznes-menecment və logistika
  • Kimya
  • Kompüter-İnformasiya Texnologiyaları
  • Computing-Networking Systems
  • Turizm
  • Marketinq
  • Hüquq
  • Dil və mədəniyyət

Tələb olunan sənədlər:
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), tövsiyyə və motivasiya məktubu, dil sertifikatı ( IELTS və ya TOEFL)

Medium uniUog cmyk

University of Greenwich

Dünyanın ən nüfuzlu təhsil müəssisələrindən olan Greenwich Universiteti teatr salonları, komputer laboratoriyaları, kliniki işlər üçün əlverişli laboratoriyalar, idman və yaşam mərkəzləri ilə təchiz olunub.
© 2020 SNG, All Rights Reserved.