University of Gloucestershire

University of Gloucestershire

Əlaqə

University of Gloucestershire ikisi Gloucester , biri Cheltenham şəhərində yerləşməklə iki kampusa sahib olan bir universitetdir. Cheltenham hər il dünyanın hər yerindən altı milyon turist cəlb edən müstəsna təbii gözəlliyi ilə diqqət çəkən bir şəhərdir. 180 ildir ki, tələbələrə yüksək keyfiyyətli təhsil ilə təmin edən University of Gloucestershire tələbələrə parlaq gələcək vəd edir. 2017 Whatuni Tələbə Seçimi Mükafatlarında Böyük Britaniyanın 10 universitetindən biri olmuşdur. Tələbələr şəxsi kariyeranın yaradılmasına kömək edən Your Future Plan təşəbbüsündən istifadə edə bilərlər. Bu plan tələbələrin part-time işdən full-time işə keçməsinə kömək edir. Universitetdə təxminən 50-ə yaxın klub və tələbə təşkilatları fəaliyyət göstərir. Bunlar tələbələrin öz istedadlarının üzə çıxarmasında , yeni dostluqların yaranmasına və maraq dairələrinin genişləndirmələrinə imkan yaradır. Universitetin daxilində 3G idman sahəsi və 24 saat açıq kitabxanalar fəaliyyət göstərirlər. Birmingham (40 dəqiqə), Bristol (40 dəqiqə) və London (iki saat) məsafədə yerləşən Cheltenham və Gloucester şəhərləri heyranedici mənzərəyə sahibdir .

Təhsil proqramları:

  • İncəsənət, Dizayn və Media
  • Biznes və Turizm
  • Beynəlxalq Biznes
  • Biznesin idarə edilməsi
  • Mühasibat və Maliyyə
  • Səhiyyə və Tibb
  • Hüquq
  • Sosial elmler

Tələb olunan sənədlər:
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), tövsiyyə və motivasiya məktubu, dil sertifikatı ( IELTS və ya TOEFL)

Medium university of gloucestershireUniversity of gloucestershire

University of Gloucestershire

Universitetin əsas kampusu Gloucestershire şəhərində, digər kampusu isə Cheltenham şəhərində yerləşir.
© 2020 SNG, All Rights Reserved.