University of East Anglia

University of East Anglia

Əlaqə

1961-ci ildə yaranan University of East Anglia İngiltərənin Norwich şəhərində yerləşir. Hal-hazırda universitetdə 15000 tələbə təhsil alır. Beynəlxalq tələbələr (100 müxtəlif ölkədən) ümumi tələbə sayının 7%-ni təşkil edir.
The Times Good University Guide 2017 tərəfindən 12-ci sıraya, The Complete University Guide 2019 tərəfindən isə 14-cü sıraya layiq görülmüşdür. Universitet Times Higher Education World University Rankings 2018-də dünyanın ən yaxşı 200 universiteti sırasindadır. University of East Anglia hər bir sahədə tələbələrin inkişafını dəstəkləyən universitetdir, o səbəbdən tələbə məmnuniyyəti sorğusunda ( National Studens Survey ) 3-cü yerə layiq görülmüşdür. Tələbələr University of East Anglia-da tələbə assosiasiyası tərəfindən idarə olunan 200-dən çox klub və assosiasiyalarda iştirak etmək imkanına malikdirlər. Onlar həm tələbələrə maraqlarını və bacarıqlarını araşdırmağa şərait yaradır, həm də gələcək karyeralarını hazırlamağa zəmin yaradır. University of East Anglia-da 2 kampus yerləşməkdədir : Norwich Research Park və UEA Kampusu. Görkəmli Sainsbury Center for the Visual Arts daxil olduğu kampusda müxtəlif idman və mədəni obyektlər yerləşir.
Təhsil proqramları:

  • İncəsənət və dizayn
  • İqtisadiyyat
  • Cəmiyyət və Mədəniyyət
  • Hüquq
  • Riyaziyyat və aktuariyalar
  • Kimya, Biotibbi və Sağlamlıq
  • Mühəndislik
  • Fizika

Tələb olunan sənədlər:
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), tövsiyyə və motivasiya məktubu, dil sertifikatı ( IELTS və ya TOEFL)

Məzunlar
Kazuo Ishiguro-Nobel mükafatlı senarist və qısa hekayə yazıçısı
Matt Smith- Aktyor

Medium university of east angliaUniversity of east anglia

University of East Anglia

İngiltərənin Norwich şəhərində yerləşən East Anglia Universitetinin əsası 1961-ci ildə qoyulmuşdur.
© 2020 SNG, All Rights Reserved.