Canterbury Universiteti Oxford və Cambridge Universitetlərinin elm adamları tərəfindən 1873-cü ildə Christchurch-də təsis edilmişdir. Canterbury Universiteti Yeni Zelandiyanın ən qədim universitetlərindəndir. Bu gün Yeni Zelandiya hökuməti tərəfindən maliyyələşən universitet QS World University sıralanmasında ən yaxşı 250 universitet arasında yer alır (2012). Canterbury Universiteti QS ulduz qiymətləndirmə sistemində tədqiqat, tədris və infrastruktur üzrə 5 ulduzlu dərəcə alan ilk Yeni Zelandiya universitetidir. Canterbury Universiteti İdarəetmə, Marketinq, Beynəlxalq Biznes və Strategiya və Sahibkarlıq magistr proqramları üzrə Okeaniyada Eduniversal Master Ranking Office 2012-ci il sıralamasında Top 200-də yer almışdır. Təxminən 12 min tələbənin təhsil aldığı universitetin 21%-nı xarici tələbələr təşkil edir.
Universitetinin yerləşdiyi Christchurch-da böyük yenidənqurma işləri gedir. Canterbury Universitetinə daxil olan tələbələr, dünyanın ən müasir və davamlı inkişaf edən şəhərlərindən birində təhsil almaq şansı qazanırlar. Universitetin kampusunda bütün tələbələr üçün xüsusi endirimli qiymətlərlə yüksək səviyyədə xidmətlər təklif olunur. 87 hektar ərazini əhatə edən əsas kampusda kitabxanalar və oxu zalları, laboratoriyalar, tədqiqat və sağlamlıq mərkəzləri, tam təchizatlı idman və fitness klublar, ticarət mərkəzi və 12000 tələbənin yerləşdirilməsi üçün yataqxana daxil olmaqla müxtəlif imkanlar tələbərin istifadəsinə verilir. Universitetin karyera xidməti tələbələrin təhsil müddətində dövlət müəsissələrində və ya özəl şirkətlərdə təcrübə proqramında iştirakına imkan yaradır.
Təhsil proqramları (bakalavr, magistr və doktorantura) :
- Biznes
- Hüquq
- Tibb elmləri
- Mühəndislik
- Təhsil elmləri
- Təbiət elmləri
- Şəxsi inkişaf
Tələb olunan sənədlər :
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, tövsiyə və motivasiya məktubu, ingilis dili sertifikatı ( IELTS və ya TOEFL)