University of Amsterdam

University of Amsterdam

Əlaqə

Əsası 1632-cı ildə qoyulmuş University of Amsterdam Hollandiyanın 3-cü ən qədim dövlət universitetidir. Universitet Hollandiyanın paytaxtı və ən təhlükəsiz şəhərlərindən biri olan Amsterdamda yerləşir. Avropanın ən böyük universitetlərindən biri olan University of Amsterdamda 31 mindən çox tələbə təhsil alır və tələbərin 2500-dən çoxu 100 müxtəlif ölkədən olan beynəlxalq tələbələrdir. Universitet tələbələrin öz bacarıqlarını inkişaf etdirə biləcəkləri beynəlxalq səviyyədə tanınmış akademik mühit təklif edir. QS World University reytinqinə görə, University of Amsterdam dünyanın ən yaxşı ilk 100 universiteti sırasında yer alır (58-ci yer). Bununla yanaşı Avropa universitetlər sıralamasında isə ən yaxşı universitetlər arasında 16-cı yerdədir. University of Amsterdam CHE Excellence Ranking tədqiqatla bağlı 7 kateqoriya üzrə əla qiymətləndirmişdir, bu fərqlənəməyə sahib olan yeganə Hollandiya universitetidir. Universitetin həm şəhər mərkəzində və mərkəzdən kənarda yerləşən kampusu vardır. Universitetin geniş və yüksək standartlara cavab verən kampusunda tələbələr asudə vaxtlarını səmərəli və əyləncəli keçirə bilməkləri üçün istənilən şərait yaradır. Hər kampus unikal, stimullaşdırıcı tədris, öyrənmə və tədqiqat mühiti ilə yanaşı tələbələri yüksək komfortla təmin edir. Amsterdam universitetinin tədris binalarında və kitabxanalarında tədrisin inkişafı üçün ən son texnologiyalardan istifadə olunur. Kampusda 50-dən çox idman imkanları təklif edən tam təchiz olunmuş idman və fitness mərkəzi və sağlamlıq mərkəzi yeni istifadəyə verilmişdir. Universitet məzunları arasında məşhur 6 Nobel və 7 Spinoza mükafatçısı, Hollandiyanın 5 baş naziri, incəsənət xadimləri, iqtisadçı və sahibkarlar və siyasətçilər olmuşdur. Amsterdam universitetinin məzunları
yaşadığımız cəmiyyətə böyük töhvəsi və müsbət təsiri olan insanlardır.

Təhsil proqramları ( bakalavr, magistr və doktorantura)

  • Biznes və İqtisadiyyat
  • Sosial elmlər
  • Kommunikasiya və Media
  • İncəsənət və Mədəniyyət
  • Tibb elmləri
  • Humanitar elmlər
  • Hüquq və idarə etmə
  • Təbiət elmləri və Biologiya
  • İT və Komputer elmləri

Tələb olunan sənədlər
Pasport, diplom və ya attestat, CV, tövsiyyə və motivasiya məktubu, İngilis dil sertifikatı ( IELTS və ya TOEFL)

Medium wide fullhd amsterdam 2241485 1920University of amsterdam logo

University of Amsterdam

Dünyanın ən qədim 3-cü universiteti olan University of Amsterdam-da 31 mindən çox tələbə təhsil alır.
© 2020 SNG, All Rights Reserved.