University College London Birləşmiş Krallıq universitetlərinin ən qədim və ən böyük universitetidir. UCL Londonun
Global Universiteti olaraq tanınır. Dünya reytinqində 7-ci sırada ( QS Dünya Universitet Sıralaması 2016) yer alan universitet İngiltərənin ən yaxşı universiteti seçilmişdir (Research Excellence Framework). UCL 1826-cı ildə yaradılıb. Hal hazırda universitetdə təhsil alan 29.000 tələbədən 13.000-i əcnəbi tələbələrdir.
UCL, Oxford və Cambridge universitetləri ilə birlikdə “Qızıl Üçlüyü” formalaşdırır və Russel Grupun bir nümayəndəsidir. UCL-n hazırki müəllim və məzun heyəti ümumilikdə 29 Nobel Mükafatı qazanmışdır. Universitet tələbələri Böyük Ormond Uşaq xəstəxanası, Royal Free Xəstəxanası və Moorfield Göz Xəstəxanası kimi çox böyük xəstəxanalarla əməkdaşlıq edirlər. Beynəlxalq ofis, birinci və ikinci kurs başlamamışdan öncə xaricdən gələn tələbələr üçün bir oriyentasiya proqramı təşkil edir. UCL dünyanın hər yerindən 260-dan çox universitetlə aktiv tələbə mübadiləsi və tədqiqat əlaqələrinə malikdir. Foundation və Bakalavrın ilk illərində universitet beynəlxalq tələbələri yataqxana ilə təmin edir. Universitetin Bloomsbury Marble Arch və Hampstead kimi kampusları var.
Archway kampusu multidisiplinli təhsil, informatika, kliniki tədqiqat və səhiyyə xidmətləri araşdırmalarına yönəldilmişdir. Hampstead kampus tibb fakültəsinin əsas tədris və tədqiqat mərkəzidir.
UCL-in tələbə birliyi ölkədəki universitetlər arasında ən müxtəlif klub və icmalara malikdir.
Təhsil proqramları :
- Arxitektura
- Biokimyəvi Mühəndislik
- Biologiya elmləri
- Kimya mühəndisliyi
- Mülki, ekoloji və geometrik mühəndislik
- Kompüter elmləri
- Elektron və Elektrik Mühəndisliyi
- Beynəlxalq münasibətlər
- Hüquq
- İdarəetmə Elmi və İnnovasiya
- Riyaziyyat
- Mexanika Mühəndisliyi