Universidad Europea

Universidad Europea

Əlaqə

Universidad Europea — İspaniyada yerləşən və özəl ali təhsil müəssisəsi olan aparıcı universitetlər şəbəkəsidir. 1995-ci ildə təsis edilmiş bu universitetin Madrid, Valensiya, Alicante, Kanar adaları və Andalusiyada kampusları fəaliyyət göstərir.

Beynəlxalq Rəqəmlərlə Universidad Europea

● 54,000-dən çox aktiv tələbə
● 130,000-dən çox məzun
● Tələbələrin 40%-i 100-dən çox ölkədən gələn beynəlxalq tələbələrdir
● Məzunların 93.5%-i təhsildən sonra 18 ay ərzində iş tapır.

Təhsil Modelləri və Dil Seçimləri

Universitetdə həm bakalavr, magistr, ikili diplom, doktorantura proqramları, həm də bootcamp və qısamüddətli kurslar təklif olunur. Tədris həm kampusda, həm də onlayn formada həyata keçirilir.
Əksər proqramlar ingilis dilində mövcuddur. İspan dili isə əlavə imkanlar və yerli inteqrasiya üçün üstünlük yaradır.
Tədris modeli “Learning by Doing” – yəni təcrübə əsaslı öyrənmə prinsipi üzərində qurulub. Bu model tələbələrin real iş mühitinə uyğun bacarıqlar qazanmasına imkan verir.

Kampus İmkanları
● Müasir laboratoriyalar
● Stomatoloji klinikalar
● Rəqəmsal simulyasiya mərkəzləri
● Fizioterapiya otaqları

Madrid və Valensiya kampusları bu baxımdan xüsusilə qabaqcıl infrastruktura malikdir.

O cümlədən, Psixologiya, Beynəlxalq liderlik, Biznes, Menecment və Sahibkarlıq ən məşhur tədris programları olaraq bilinir. El Mundo reytinqinə əsasən İspaniyada Stomatologiya, İdman Elmləri, Fizioterapiya və Memarlıq üzrə ən yaxşı proqramlara malik universitetlərdən biridir.

Nəticə etibarilə siz, Universidad Europea-da bu sahələr üzrə (ingilis dilində) bakalavr təhsil ala bilərsiniz:
● Psixologiya
● Beynəlxalq Əlaqələr
● Diş Həkimliyi (Stomatologiya)
● Dizayn
● Mexaniki Mühəndislik Reklam və Media
● Biznes Menecment və Sahibkarlıq
● Beynəlxalq Biznes
● Marketinq
● İdman İdarəçiliyi Fizioterapiya
● Kompyuter Mühəndisliyi
● Biotexnologiya
● Aerospace və Aviasiya Mühəndisliyi
● Turizm və Asudə Vaxtın İdarəçiliyi

Lazım olan sənədlər: Pasport nüsxəsi, tərcümə olunmuş attestat (və ya orta təhsil sənədi), qiymət cədvəli, dil biliyini sübut edən sertifikat (IELTS/TOEFL və ya ekvivalent), motivasiya məktubu və (əgər varsa) CV tələb olunur.

Magistr təhsili (ingilis dilində) üçün isə:

● Business Administration (MBA) – Biznesin İdarə Olunması (MBA)
● Big Data Analytics – Böyük Məlumatların Analizi
● Project Management – Layihələrin İdarə Edilməsi
● Marketing Management – Marketinqin İdarə Olunması
● International Trade and Economic Relations – Beynəlxalq Ticarət və İqtisadi Əlaqələr
● Musculoskeletal Physiotherapy – Əzələ-iskelet Fizioterapiyası

Lazım olan sənədlər: Pasport nüsxəsi, tərcümə olunmuş bakalavr diplomu və transkripti, dil biliyini sübut edən sertifikat (IELTS/TOEFL və ya universitet testi), motivasiya məktubu, CV və bəzi proqramlar üçün iş təcrübəsini göstərən sənəd tələb olunur.

Universidad Europea, beynəlxalq yönümlü proqramları, innovativ tədris metodu və yüksək işə yerləşmə göstəriciləri ilə Avropada keyfiyyətli təhsil axtaran tələbələr üçün mükəmməl seçimdir.

Medium universidad europeaUniversidad europea logo poc9mem.2e16d0ba.fill 767x384

Universidad Europea

Universidad Europea, beynəlxalq yönümlü proqramları, innovativ tədris metodu və yüksək işə yerləşmə göstəriciləri ilə Avropada keyfiyyətli təhsil axtaran tələbələr üçün mükəmməl seçimdir.
© 2020 SNG, All Rights Reserved.