Tilburg University

Tilburg University

Əlaqə

Tilburg universiteti 1927-ci ildə Hollandiyanın şimal bölgəsində Roman Katolik Kommers Universiteti adı altında yaradılmışdır. Hollandiyanın ən qabaqcıl dövlət universitetlərdən biri sayılır. Tilburg universitetinə dünyanın 100-ə yaxın müxtəlif ölkəsindən minlərlə tələbə təhsil almaq üçün axışır. Ümumilikdə 13 min tələbə sayının 15%-i beynəlxalq tələbələr təşkil edir. Elsevire Magazine açıqlamasına görə Tilburg universitet Hüquq sahəsində Hollandiya universitetləri içərisində 1-ci yerdədir. Beynəlxalq tələbələrin ən çox seçim etdiyi universitetlərdən biridir. Tilburg universitetində 22 bakalavr və 49 magistr proqramları daxil olmaqla ümumilikdə 71 proqram təklif olunur. Bu da öz növbəsində tələbələrə düzgün ixtisas seçimini asanlaşdırır. Universitetdə təklif olunan proqram həm ingilis həm də holland dilində tədris olunur. Universitet tədqiqat sahəsində Avropada xüsusi nüfuza və yüksək reytinqə sahibdir. Times Higher Education dünya universitetlərinin sıralamasında ilk ən yaxşı 200-də (195-ci) yerdədir. REPECT 2017-ci il açıqlamasına görə “İqtisadiyyat və Biznesin İdarə Olunması” fakültəsi dünyanın 25-ci və Avropanın 7-ci ən məhsuldar fakültəsi seçilmişdir. 1927-ci ildən bu günə qədər universitetdən ümumilikdə 63.104 tələbə məzun olmuşdur. Universitet məzunları arasında dünyaca məşhur satiristlər, elm adamları və professorlar, dövlət nümayəndələri və siyasətçilər, idman ustaları və başqa sənət sahiblərinin adları çəkilir. Buna Hollandiyanın sabiq baş naziri Ruud Lubbers, ədliyyə naziri Ernst Hirsch Balin, komediyaçı Wim de Bie
və s kimi tanınmış simaları qeyd etmək olar.

Təhsil proqramları (bakalavr, magistr və doktorantura)

  • İqtisadiyyat və Menecment
  • Beynəlxalq Biznesin İdarə edilməsi
  • Hüquq və İdarə etmə
  • Kommunikasiya elmləri
  • Mədəniyyət
  • Sosial elmlər
  • Liberal İncəsənət

Tələb olunan sənədlər
Pasport, diplom və ya attestat, CV, tövsiyyə və motivasiya məktubu, İngilis dili sertifikatı (IELTS və ya TOEFL)

Medium kaan architecten designs new tilburg university building 00Logo tu

Tilburg University

Hollandiyanın şimalında yerləşən Tilburg Universitetində təhsil alan beynəlxalq tələbələr içərisində Hollandiyanın sabiq baş naziri Ruud Lubbers, ədliyyə naziri Ernst Hirsch Balin, komediyaçı Wim de Bie vəs. tanınmış simaların kimi adını çəkmək olar.
© 2020 SNG, All Rights Reserved.