The University of Newcastle

The University of Newcastle

Əlaqə

Newcastle Universiteti 1965-ci ildə Avstraliya qurulmuş dövlət universitetidir. Təxminən 23.000 tələbənin təhsil aldığı universitet tədris və təlim məsələlərinə tətbiq etdiyi müasir metodlar sayəsində məzunlarına həm praktik, həm də akademik baxımdan şərait yaradır və beləliklə tələbələr universiteti bitirdikdən sonra iş həyatına rahatlıqla keçid edə bilirlər. Universitet QS World University siralamasına görə 224-ci yerdə sıralanan universitet eyni zamanda Times Higher Education World University sıralamasında ilk ən yaxşı 250 universitet arasındadır.Tədqiqat sahəsində New South Wales-də 3, Avstraliya səviyyəsində isə 9-cu sıradadır. Newcastle Universiteti Innovative Research Universities Australia (IRU Australia)-nın üzvüdür. Beynəlxalq sahədə əhəmiyyətli təşkilatlarla səhiyyə, elm və mühəndislik və enerji ətraf mövzularında araşdırma əməkdaşlığına sahibdir. Universitetin əsas və ən böyük kampusu Newcastle şəhərinə qısa məsafədə olan Callaghanda yerləşir.
Universitetin eyni zamanda yüksək standartlara uyğun olan Ourimbah, Port Macquarie, Sinqapur və Sidney-də kampusları vardır. Universitetin kampuslarında kitabxana, tam təchiz olunmuş idman və fitness mərkəzi, sağlamlıq mərkəzi və kampus daxili yataqxana mövcuddur. Newcastle Universiteti tələbələrin fərdi akademik ehtiyaclarına uyğun, müasir tədris ilə təmin edən tədris mərkəzləri bir çox sahəni əhatə edən dərs proqramları təklif edir. Dərslər universitetin professorları tərəfindən İngilis dilində tədris edilir. Tələbələr Avstraliyalı və beynəlxalq tələbələrlə birlikdə dərs alırlar.

Təhsil proqramları (bakalavr, magistr və doktorantura)

  • Memarlıq və İnşaat
  • Mühasibatlıq və Maliyyə
  • Biznes və Sahibkarlıq
  • Sosial İşlər
  • Komputer elmləri, Riyaziyyat və Texnologiya
  • Təhsil elmləri
  • Mühəndislik
  • İncəsənət
  • Tibb elmləri
  • Hüquq
  • Təbiət elmləri
  • Cəmiyyət və Mədəniyyət

Tələb olunan sənədlər
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, tövsiyyə və motivasiya məktubu,İngilis dili sertifikatı ( IELTS və ya TOEFL)

Medium 399e95f32c59302828ccc13a30dc00c9The university of newcastle

The University of Newcastle

Newcastle Universitetinin yüksək standartlara cavab verən Ourimbah, Port Macquarie, Sinqapur və Sidney-də kampusları vardır.
© 2020 SNG, All Rights Reserved.