The University of New York in Prague

The University of New York in Prague

Əlaqə

University of New York in Prague 1998-ci ildə State University of New York, New Platz və State University of New York Empire State College –ın əməkdaşlığı çərçivəsində qurulmuşdur. Universitet Çexiya Respublikasının paytaxtı Praqa şəhərində yerləşir. Praqa şəhəri insanları öz tarixi, mədəniyyəti və təhlükəsizliyi ilə hər zaman heyran etmişdir.
University of New York in Prague 2001-ci ildə UNYP Çexiya Təhsil, Gənclər və İdman Nazirliyi və British Accreditation Council for Independent Further and Higher Education (BAC) tərəfindən rəsmi olaraq özəl universitet kimi tanınmışdı. UNYP ingilis dilində təhsil verən, Çexiyada akkreditə olunmuş və ən qabaqcıl ali təhsil müəssisələrindən biridir. 60-dan çox xarici ölkədən gələn 800-dən artıq tələbə bu universitetdə təhsil alır. Universitet tələbələrin bütün sahələrdə uğur qazanmaq üçün lazım olan bacarıqları inkişaf etdirməsinə kömək edir.
Universitetdə bakalavr, magistr və doktorantura üzrə 100-dən çox proqram tədris olunur.
University of New York in Prague-da 125 nəfər professor- müəllim heyəti tədrislə məşğul olur.
UNYP yüksək standartlara cavab verən kampusu Praqanın tam mərkəzində yerləşir. Kampusda tələbələrə ən yüksək səviyyədə xidmət göstərilir. Universitetdə sağlamlıq mərkəzi, ödənişsiz tam təchiz olunmuş
idman və fitness mərkəzi, kitabxana və yataqxana mövcuddur.
Tələbə Konsulu və Tələbə Xidməti ofisi daima tələbələr üçün akademik tədbirlər, əyləncəli görüşlər və gəzinti turları təşkil edir.
Təhsil proqramları (bakalavr, magistr və doktorantura)

  • Biznes Administrasiyası
  • Kommunikasiya və Media
  • İngilis dili və ədəbiyyat
  • Beynəlxalq və İqtisadi münasibətlər
  • İT Menecment
  • Psixologiya
  • Beynəlxalq Menecment
  • Hüquq
  • Hazırlıq proqramları
  • MBA Tələb olunan sənədlər Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, tövsiyə və motivasiya məktubu, dil sertifikatı ( IELTS və ya TOEFL)
Medium the twilight castle prague praha czech republic landscape print limited edition min 2048x2048The university of new york in prague

The University of New York in Prague

Universitetin əsası 1998-ci ildə Çexiya Respublikasının paytaxtı Praqada qoyulmuşdur
© 2020 SNG, All Rights Reserved.