The University of Exeter

The University of Exeter

Əlaqə

1955-ci ildə yaradılmış Exeter Universiteti zəngin bir tarixə malikdir və inanılmaz tədqiqat keyfiyyəti və tədris standartları ilə tanınır. Universitet Təhsilin Mükəmməlliyinə görə Qızıl dərəcəyə layiq görülmüşdür. Russell Group-un üzvü olan Exeter Universiteti, iş dünyasına tələbələr hazırlamaq üçün dünya səviyyəsində tanınmışdır. HESA-nın (2015) mükafat qazanan karyera xidməti sayəsində məzunların 94%-i məzuniyyətdən sonrakı 6 ay ərzində öz karyerasına başlamış və ya təhsilini davam etdirmişlər. Universitet 130 müxtəlif ölkədən 22.000-dən çox tələbəyə ev sahibliyi edir
Universitetin araşdırmalarının 98%-i The REF 2014-ə (Research Excellence Framework) görə beynəlxalq səviyyədə qiymətləndirildi. QS World University Ranking 2019 tərəfindən 154-cü sırada yer almışdır. The Times and Sunday Times Good University Guide 2019 Tarix proqramında TOP 10-da yer alır.
Kitabxanalar gündə 24 saat, həftədə 7 gün, dinamik öyrənmə mühiti yaratmaq üçün 1,2 milyondan çox kitab və unikal təhsil sferalari ilə tələbələrin istifadəsinə yararlidir. Exeter Universitetinin 3 kampusu vardır. Kampuslardan ikisi Streatham və St Luke Exeter şəhər mərkəzində yerləşir. Digər kampus Penryn Campus, Penryn ətrafında yerləşir.Universitetdə təxminən 220 fərqli tələbə klubu vardır: bir radio stansiyası (Xpression FM), qəzet (Exepos zam) və televiziya stansiyası (XTV). Universitet həm də akademik potensialı və ya idman uğurları olan tələbələr üçün hər il 1,5 milyon manat təqaüd verir. Universitetin məşhur məzunları arasında tanınmış Harry Potter müəllifi J.K. Rowling, Thom Yorke (Musiqiçi - Radiohead), Will Young (musiqiçi,aktyor), Infenta Elena (İspanya Kralı’nın qızı), Abdullah Gul (Keçmiş Türkiyə Respublikası Prezidenti), Robert Bolt (Oskar Mükafatlı Ssenarist), Peter Philips və Zara Philips (Kraliça II Elizabetin nəvələri ) o cümlədən dünyaca tanınmış memarlar, yazıçılar, jurnalistlər və başqaları vardır.

Təhsil proqramları:

  • Kimya Mühəndisliyi
  • Elektrik Mühəndisliyi
  • Komputer elmləri
  • Mühəndislik elmləri
  • Hüquq
  • Biznes və Menecment
  • Maliyyə və İqtisadiyyat

Tələb olunan sənədlər:
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), tövsiyyə və motivasiya məktubu, dil sertifikatı ( IELTS və ya TOEFL)

Medium wide fullhd university of exeter graduationThe university of exeter

The University of Exeter

1955-ci ildə əsası qoyulan Exeter Universiteti Təhsilin Mükəmməlliyinə görə Qızıl dərəcəyə layiq görülmüşdür.
© 2020 SNG, All Rights Reserved.