İsveçrənin aparıcı təhsil müəsisələrindən biri olan Swiss Hotel Management School 1992-ci ildə təsis edilmişdir. Burada verilen tehsil beynəlxalq səviyyədə tanınmış İsveçrə ənənələrinə əsaslanan bir sıra proqramlar təklif edir və qlobal trendlərə, strateji biznesə və liderliyə yönəlir. 80-dən çox müxtəlif ölkədən təhsil alan tələbələr İsveçrə qonaqpərvərliyi ənənələrini əsl məkanda öyrənməklə yanaşı, unikal bir təhsil mühiti təklif edən şəraitdə təhsil alırlar. Eyni zamanda Swiss Hotel Management School tələbələrə geniş imkanlar təklif edir: Otel işi, Tədbirlər, Spa, Restoran idarəçiliyi, Fəaliyyət qalereyası daxil olmaqla müxtəlif biznes mərkəzlərində təcrübə əldə edirlər. .
İldə iki dəfə dünyanın hər yerindən 60-dan çox şirkətin nümayəndələri İsveçrədəki Təhsil Qrupuna işə qəbul etmək üçün gəlirlər. Kampus daxili məşğulluq xidməti tələbələrə karyerasının başlanğıcında köməklik göstərir.
Təhsil proqramları ( bakalavr, magistr və doktorantura)
- Hospitality Management
- Hospitality and Events Management
- Hotel & Events Management
- Hotel Operations Management
- Hotel and Restaurant Management
- International Business in Hotel & Resort Management
Tələb olunan sənədlər :
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, tövsiyyə və motivasiya məktubu, dil sertifikatı ( IELTS və ya TOEFL)