Swansea University

Swansea University

Əlaqə

1920-ci ildə King George V tərəfindən yaradılan Swansea university Uelsin Swansea şəhərində yerləşir və dünyada dənizə ən yaxın olan universitetdir. Universitet beynəlxalq tələbələr üçün xüsusi imkanlar yaradır. Beynəlxalq tələbələrdə daxil olmaqla 20.000 tələbə universitetdə təhsil alır. Swansea universiteti 2019-cu il dünya universitetləri sıralamasında TOP 200-də yer almışdır. Universitet araşdırma mükəmməliyinə ( REF 2014 ) görə Birləşmiş Kralliqda 26-cı yerə layiq görülmüşdür. QS Stars beynəlxalq universitetlərin reytinqində 5 ulduz almışdır. QS World Ranking 2016 tərəfindən beynəlxalq tələbələr üçün ən yaxşı 200 universitet arasına daxildir.
Swansea universitetinin məzunları 81.4%-i məzun olduqdan 6 ay içərisində iş tapmaq imkanına malik olurlar, buna görə universitet Birləşmiş Krallıqda ilk 15 universitet və Uelsdə isə 1-ci sıradadır. Tələbə məmnuniyyətinə görə universitet Birləşmiş Krallıqda 8-ci sırada yer almışdır. (NSS, 2015).

Təhsil proqramları:

  • Biznes və İdarəetmə
  • Hüquq
  • İncəsənət və Dizayn
  • Səhiyyə və tibb
  • Marketinq
  • Sosial elmler
  • Memarlıq və Mühəndislik

Tələb olunan sənədlər :
Pasport, diplom və ya attestat, tövsiyyə və motivasiya məktubu, dil sertifikatı ( IELTS və ya TOEFL)

Medium swansea university campusSwansea university

Swansea University

1920-ci ildə əsası qoyulan universitet tələbə məmnuniyyətinə görə Birləşmiş Krallıqda 8-ci sırada yer almışdır.
© 2020 SNG, All Rights Reserved.