Southampton Solent University

Southampton Solent University

Əlaqə

Universitetin tarixi 1855-ci ildə Southampton İncəsənət Kollecində başlamış 1984-cü ildə təsis edilmiş institut, 2004-cü ildə Southampton Solent adını alaraq, 2005-ci ildə universitet olmuşdur. Özünü təbliğ etmək üçün müəyyən kommersiya qurumları ilə əməkdaşlıq edən innovativ bir universitetdir. Xüsusilə Böyük Britaniyanın dəniz sektorunda yüksək ixtisaslı və təcrübəli bir məktəbdir və dizayn, texnologiya, coğrafiya, incəsənət, tarix, kino, media və mədəniyyət, hüquq və daha çoxda geniş akademik təhsil təklif edən bir universitetdir. Solent Universitetinin də Nottingham Trent Universiteti tərəfindən təsdiqlənmiş proqramları var. O, Varşan Dəniz Akademiyası ilə Böyük Britaniyada dəniz təhsilində özünü inkişaf etdirmişdir. Həmçinin Universitetdə mühəndislik üzrə inkişaf etmiş fakultələr var. 2015-ci ildə Universitet Times Higher Education mükafatlarında Ən Yaxşı Tələbə Təcrübəsi mükafatını qazandı.

Təhsil proqramları (bakalavr, magistr və doktorantura)

  • Mühəndislik
  • Media
  • İncəsənət
  • Marketinq
  • Dənizçilik
  • Arxitektura

Tələb olunan sənədlər:
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), tövsiyyə və motivasiya məktubu, dil sertifikfatı ( IELTS və ya TOEFL)

Medium solent spark 3 582f2aa351e26Solent university logo resized

Southampton Solent University

Southampton Solent Universiteti biznes və hüquq, mühəndislik və texnologiya, dəniz, media, idman və turizm sahələrini əhatə edən dinamik və iddialı beynəlxalq universitetdir.
© 2020 SNG, All Rights Reserved.