Rotterdam University of Applied Science

Rotterdam University of Applied Science

Əlaqə

Rotterdam University of Applied Sciences-ın əsası 1988-ci ildə qoyulmuşdur. Rotterdam University of Applied Sciences, Hollandiyanın 2-ci ən böyük şəhəri olan Rotterdamda yerləşir. Hollandiyanın ən böyük universitetlərindən biri olan universitetdə 36 mindən çox tələbə təhsil alır. Universitetin akademik heyətində 3000 çox müəllim və professor çalışır. Universitetin 11 fakültəsində ümumilikdə 80-ə qədər bakalavr, magistr, doktorantura və diplom proqramları təklif edir. Kurslar öz sahəsində peşəkar universitet professorları tərəfindən ingilis dilində tədris olunur. Universitetdə yaradılan akademik mühit həm heyət həm də tələbələrin öz bilik və bacarıqlarını inkişaf etdirə bilmələri üçün imkan yaradır. Universitetin əsas vizyonu yaşadığımız cəmiyyətə böyük töhvəsi və müsbət təsir olan insanlar yetişdirməkdir. Universitetin Rotterdam şəhərində 10 tədris binası və Dordrecth şəhəri yaxınlığında yerləşən 1 kampusu vardır. Tələbələr kampuslarda idman, teatr, musiqi və ya könüllü işlərə qatıla bilər və ya kampusda baş tutacaq bir çox maraqlı tədbirlərdə iştirak edə bilərlər. Kampusda kompleks təhsil resursları, geniş media təlimi, ifaçılıq sənətləri, idman və fitness mərkəzləri və kampus daxili yataqxana kimi imkanlar mövcuddur. Universitet məzunları arasında Hollandiyanın məşhur incəsənət adamları, dövlət nümayəndələri, sahibkarlar və başqa sənət sahiblərinin adları çəkilir.

Təhsil proqramları ( bakalavr, magistr və doktorantura)

  • İqtisadiyyat
  • Sosial Mədəniyyət
  • Texnologiya
  • İncəsənət
  • Tibb elmləri
  • Təhsil elmləri
  • Kənd təsərüffatı
  • İT və Media

Tələb olunan sənədlər
Pasport, diplom və ya attestat, CV, tövsiyyə və motivasiya məktubu, İngilis dili sertifikatı ( IELTS və ya TOEFL)

Medium wide fullhd 22632257321 b539d832b0 oHogeschool rotterdam 500x480

Rotterdam University of Applied Science

Hollandiyanın 2-ci ən böyük şəhəri olan Rotterdamda yerləşən Rotterdam University of Applied Science-in akademik heyəti 3000-dən çox müəllim və professordan ibarətdir.
© 2020 SNG, All Rights Reserved.