Radboud universiteti 17 Oktyabr 1923-cü ildə Katolik Universiteti Nijmegen adı altında yaradılmışdır. Hollandiyanın ən qədim və qabaqcıl dövlət universitetlərindən biridir. Universitetin yarandığı tarixdə tələbələrin sayı 189 və akademik heyətinin sayı isə 35 nəfər professor və müəllimdən ibarət idi. Hal-hazırda tələbələrin sayı 20 minə , akademik heyətin isə sayı 6 minə qədər artmışdır. Beynəlxalq tələbələr ümumi tələbə sayının 11%-i, beynəlxalq akademik heyəti isə universitet akademik heyətin 25%-ni təşkil edir. Bu da öz növbəsində tələbələrə beynəlxalq təhsil mühitində formalaşmağa imkan yaradır. Olduqca yüksək nüfuza və reytinqə sahib olan Radbound universiteti, European Research Council tərəfindən Avropanın ilk ən yaxşı 30 tədqiqat universiteti arasında göstərilmişdir. Times Higher Education World University Rankings-ə görə 122-ci yerdə, QS World University Rankings də isə 204-cü yerdədir. Universitet geniş sahəni əhatə edən və yüksək standartlara cavab verən kampusunda çox sayda laboratoriya, kitabxana,mağazalar,restoran və kafelər, sağlamlıq mərkəzi və yüksək komforta sahib yataqxana fəaliyyət göstərir. Universitetin kampuslarında tələbələrə öz vaxtlarını səmərəli və əyləncəli keçirə bilməkləri üçün mükəmməl şərait yaradılmışdır.
Təhsil proqramları (bakalavr, magistr və doktorantura)
- İncəsənət, Mədəniyyət və Tarix
- Sosial elmlər
- Biznes və İqtisadiyyat
- Linquistika
- Fəlsəfə
- Təbiət elmləri
- Humanitar
- Hüquq
- İctimai idarə etmə və Siyasi elmlər
- Tibb elmləri
Tələb olunan sənədlər
Pasport, diplom və ya attestat, CV, tövsiyyə və motivasiya məktubu,İngilis dili sertifikatı (IELTS və ya TOEFL)