Şimali İrlandiyada yerləşən və Birləşmiş Krallığın ən qədim doqquzuncu universiteti olan Queen's University Belfast Times Higher Education tərəfindən Birləşmiş Krallığın ən yaxşı 10 universiteti arasında yer alır. 150 ildən çox tarixi olan Queen Belfast Universiteti, İrlandiyada Kraliça Viktoriya tərəfindən qurulmuşdur. Universitet, həmçinin Lonely Planet tərəfindən dünyanın səyahət edilməli bir nömrəli şəhəri seçilən Belfastın mərkəzindədir. Universitet tələbələrin istifadəsinə verilmiş 1,2 milyon kitaba malik olan və dəyəri 50 milyon funt olan McClay Kitabxanası, kompyuterlə təchiz olunmuş CS Lewis Oxu Salonu ilə fəxr edir. Russell Group üzvü olan universitet təxminən 20.000 tələbəyə ev sahibliyi etməkdədir. QS World University Ranking 2019 tərəfindən TOP 200-ə daxil olan Queen's University Belfast, araşdırma intensivliyinə görə Birləşmiş Krallıqda səkkizinci yerdə yer almış, 75% araşdırmalara görə isə "dünya lideri" və " beynəlxalq səviyyəli" adlandırılmışdır ( REF 2014 ). Məzunlarından Nobel mükafatı sahibi Seamus Heaney və David Trimble adını çəkmək mümkündür.
Təhsil proqramları:
- Səhiyyə və Tibb elmləri
- Biznes və Menecment
- İncəsənət və Dizayn
- Mühəndislik
- Bəşəri Elmlər
- Hüquq
- Təbiət Elmləri
Tələb olunan sənədlər:
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq),tövsiyyə və motivasiya məktubu, dil sertifikatı ( IELTS və ya TOEFL)