Nottingham Trent University

Nottingham Trent University

Əlaqə

Nottingham şəhərində yerləşən Nottingham Trent University 1962-ci ildə yaranmışdır. Times və Sunday Times Good University Guide 2018 tərəfindən ilin ən modern universiteti seçilmişdir. Times Hiher Education Awards 2017 tərəfindən ilin universiteti adına layiq görülmüşdür. Nottingham Trent University Teaching Excellence Framework-a görə təhsil keyfiyyətində qızıl medala sahib olmuşdur. Bu mükafat tələbələrin ən yaxşı nəticələrə gəlməyində öz missiyasını yerinə yetirir. İşə götürən kompaniyalar tələbələri iş dünyasına hazırlamaqda, öz karyeralarında müvəfəqiyyət qazanmaqda kömək edir. 24.000-dən çox tələbəyə təhsil verən universitet ən geniş universitetlərdən biridir. İngilis dilini təkminləşdirmək istəyən və ya buna ehtiyac duyan tələbələr universitet daxilində 6-30 həftəlik keçirilən ingilis dili hazırlıqlarında iştirak edə bilərlər. Nottingham Trent Universitetində sənət və dizayn, moda və yaradıcılıq sənəti proqramları ilə məşhurdur, ayrıca İngiltərənin ən böyük hüquq məktəblərindən biridir.
Nottingham Trent Universitetinin üç kampusu vardır .
Nottingham şəhər mərkəzinin şimalında yerləşən City Campus Biznes və İdarəetmə, Hüquq, Sosial Elmlər və İncəsənət və Dizayn proqramlarına ev sahibliyi edir.
The Clifton Campusu Nottingham İncəsənət və Humanitar fakültəsinə, təhsil, elm və texnologiya şöbələri yerləşir,
Brackenhurst kampusunda isə kənd təsərrüfatı və ətraf mühit elmləri şöbələri yerləşir.
Yarım milyondan kitaba sahib olan Nottingham Trent Universiteti, ilk növbədə nəhəng Boots kitabxanasında minlərlə kompüterdən ibarət olan IT infrastrukturuna malikdir.
Londona qatarla 2 saatlıq məsafədədir. Universitetdə təhsil alarkən yaxınlıqda yerləşən Birmingham, Sheffield, Leicester ve Manchester şəhərlərini ziyarət etmək haqqına sahibsiniz.

Təhsil proqramları:

  • Biznes və İdarəetmə
  • Hüquq
  • İncəsənət və Dizayn
  • Səhiyyə və tibb
  • Marketinq
  • Sosial elmler
  • Memarlıq və Mühəndislik

Tələb olunan sənədlər:
Pasport, Diplom və ya attestat, tövsiyyə və motivasiya məktubu, dil sertifikatı ( IELTS və ya TOEFL)

Məzunlar:
Hazel Blears: İşçi Partiyasının başçısı
Jonathan Glazer: film direktoru
Lucy Orta: rəssam
Steve Trapmore: Olimpik altın medal sahibi
Dame Laura Knight: rəssam

Medium ntu campus 5 1650x852Nottingham trent university

Nottingham Trent University

1962-ci ildə əsası qoyulmuş Nottingham Trent University təhsil keyfiyyətinə görə qızıl medal ilə təltif olunmuşdur.
© 2020 SNG, All Rights Reserved.