Newcastle University

Newcastle University

Əlaqə

Newcastle Universiteti 1834-cü ildə “School of Medicine and Surgery” adı altında qurulmuş təhsil mərkəzi Birləşmiş Krallıqda ən məşhur universitetlərdən biri hesab olunur. Newcastle Universiteti dünya reytinqində keyfiyyətli təhsili və öndə gedən araşdırmaları ilə ilk sıralardadır. Eyni zamanda Russel Group universitetlərindən biri olub bugün 200-dən çox bakalavr proqramı ilə 20.000 dən çox tələbəyə təhsil verməkdədir. Bu Universitet Times Best University Guide 2011 nəticələrinə görə Britaniyada ən yaxşı ilk 20 universitetdən biridir. The Research Assessment Exercise 2008-ci ildəki araşdırmalarına görə Newcastle Universitetindəki 38 proqram dünya standartlarına uyğun olduğunu bəyan etmişdir. RAE tərəfindən edilən araşdırmaya görə Newcastle universiteti Tibb İnşaat Mühəndisliyi Şəhər və Bölgə planlama fakültələrindəki təhsil mükəmməlliyi təsdiqlənmişdir. Universitetin Sinqapur və Malayziyadada kampusları vardır. Sinqapurda Gəmi İnşaat Mühəndisliyi Malaziyada isə Tibb sahəsində təhsil verilir.
Niyə Newcastle University?
Sunday Times University Guide 2014 tərəfindən Birləşmiş Krallıqda 18-ci sırada yer almışdır.
National Student Survey 2013-də tələbə məmnuniyyəti sıralamasında Birləşmiş Krallıqda 10-cu sırada yer
alır. Newcastle Universiteti mükəmməl kitabxanasına görə 5 dəfə üst-üstə Charter Mark mükafatına layiq
görülüb. 2 dəfə prestijli Müştəri Xidmətləri Mükafatına layiq görülüb. Universiteti bitirən tələbələrin 93%-i məzun olduqdan sonra 6 ay ərzində işlə təmin olunmaqdadır.

Təhsil proqramları (bakalavr, magistr və doktorantura)
Bütün fakültələr üzrə təhsil imkanları vardır. Lakin ən Popular fakültələr aşağıdakılardır.

  • Memarlıq
  • Biznes və Menecment
  • Bəşəri və sosial elmlər
  • Fiziki elmlər və mühəndislik
  • Bioloji və Biyomedikal Elmlər

Tələb olunan sənədlər :
Bakalavr üçün:
Attestat, İELTS 5.5 / 6.0, Passport, Motivasiya məktubu
Magistr üçün :
Passport, Bakalavr diplomu, İELTS 6.0 / 6.5, Motivasiya məktubu, Referans məktubları**
 
Məzunlar:

  • John Yorke -BBC Drama meneceri
  • Chris Townsend – London 2014 reklam direktoru
  • Maximo Park – musiqiçiləri
  • Constance Briscoe -Vəkil və yazıçı
  • Ed Coode – avarçəkmə dünya çempionu
  • Rowan Atkinson- gülüş ustası
  • Andy Bird – Walt Disney İnternational direktoru
Medium masthead homepageNewcastle university

Newcastle University

Russel Group universitetlərindən biri olan Newcastle Universiteti zəngin kitabxanasına görə 5 dəfə üst-üstə Charter Mark mükafatına layiq görülüb
© 2020 SNG, All Rights Reserved.