Nankai University

Nankai University

Əlaqə

1919-cu ildə Çində yaranmış Nankai Universiteti fərqli proqramlarda təhsil verən xüsusi bir universitetdir. Universitetdə 26000-ə yaxın tələbə təhsil alır. Universitet daxilində xarici tələbələrin idarə olunmasında ISO qurumu məsuliyyət daşıyır. Universitetin daxilində 26 akademik kollec yerləşir və 1000-dən çox bakalavr, magistr və doktorantura proqramları vardır. Nankai Universiteti beynəlxalq əlaqələrə yüksək dəyər verir və 40 ölkədən 300-ə yaxın ali təhsil ocağı ilə əlaqə saxlayır.
Nankai Universiteti QS World University Ranking 2019-da 338-ci yeri, Academic Ranking of World Universities 2018-də isə 301-ci sıranı qazanmışdır. Nankai Universiteti həm təbiət elmlərində, həm də elm və texnologiya sahəsində dəfələrlə 2-ci yerə layiq görülmüşdür.
Universitetin 3 kampusu mövcuddur: Balitai, Jinnan və TEDA kampusu.
Balitai kampusu Tianjin Nankai rayonunun Balitai şəhərində yerləşir. Bu kampusun 100 ilə yaxın tarixi vardır. Kampusun daxilində 10 akademik kollec yerləşir: the Business School, School of Economics, School of Literature, College of Chemistry, School of Mathematical Sciences, Institute of Physics, College of Foreign Languages, College of Life Sciences and Institute of Japan Studies.
Jinnan kampusu Nankai Universitetinin yeni kampusudur, 2015-ci ildən fəaliyyətə başlamışdır. Kampusun daxilində 14 akademik kollec fəaliyyət göstərir: School of Medicine, College of Pharmacy, Law School, Faculty of Philosophy, College of History və s.
TEDA kampusu Tianjinin yeni sahəsi Binhaidə yerləşir. TEDA kampusunda TEDA Institute of Applied Physics və TEDA Institute of Biological Sciences yerləşir.

Təhsil proqramları:

  • Biznes və İdarəetmə
  • Kimya və Biologiya
  • Hüquq
  • Fizika və Astronomiya
  • Mühasibat və Maliyyə
  • Kompüter elmləri
  • Tibb və diş həkimiliyi
  • Tarix, Fəlsəfə və İlahiyyat Tələb olunan sənədlər: Pasport, diplom və ya attestat, tövsiyə və motivasiya məktubu, dil sertifikatı ( IELTS və ya TOEFL)
Medium nankai campus building statue heroNankai university

Nankai University

1919-cu ildə yaranmış fərqli proqramlarda təhsil verən Nankai Universitetinin nəzdində 26 akademik kollec vardır.
© 2020 SNG, All Rights Reserved.