Les Roches International School of Hotel Management

Les Roches International School of Hotel Management

Əlaqə

70 ildir ki, “Les Roches” qonaqpərvərlik, turizm və biznes sahəsində birinci dərəcə keyfiyyətli təhsil verir. Təhsil müəssisəsinin tələbələrinin 98%-i məzun olduqdan sonra mükəmməl karyera ilə təmin olunurlar. “Le Roches” 5 ulduzlu QS reytinqinə sahibdir, eyni zamanda Yale və Harvard universitetləri ilə eyni NECHE akkreditasiyasını paylaşır. Təhsil müəssisəsinin hazırda İspaniyanın Marbella şəhərində və İsveçrənin Krans-Montana şəhərində kampusu var.

Təhsil müəssisəsi müasir iş mühitində gənclərə empatiya, problem həll etmə və komanda işi kimi bacarıqları aşılayır. “Le Roches” xidmət göstərdiyi turizm sənayesinə açıq qapı açır; innovativ düşüncəni gücləndirir və tələbələrin uğurlu gələcəyinə işıq salır.

Müxtəlif ölkə və mədəniyyətdən 16 mindən çox “Les Roches” məzunu bütün dünyada güclü karyera və biznes şəbəkəsi qurmağa davam edir. Təhsil müəssisəsi bakalavr, magistr, MBA dərəcələri, mövsümlük və peşə proqramları təklif edir.

Bakalavr, magistr və MBA dərəcələri, əsasən, bu sahəni əhatə edir.

  • Qlobal qonaqpərvərlik menecmenti
  • Beynəlxalq otel idarəçiliyi
  • Turizm marketinqi
  • İdman marketinqi
  • Qida və içki sahibkarlığı
  • Liderlik
  • Lüks turizm

Tələb olunan sənədlər:
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, ingilis dili sertifikatı ( IELTS və ya TOEFL)

Medium maxresdefault1582188133lesroches logotype two line bl

Les Roches International School of Hotel Management

70 ildir ki, “Les Roches” qonaqpərvərlik, turizm və biznes sahəsində birinci dərəcə keyfiyyətli təhsil verir. Təhsil müəssisəsinin tələbələrinin 98%-i məzun olduqdan sonra mükəmməl karyera ilə təmin olunurlar.
© 2020 SNG, All Rights Reserved.