Leiden University

Leiden University

Əlaqə

Hollandiyanın ən qədim universiteti olan Leiden University-in əsası 1575-ci ildə həmin adlı şəhərdə (Leiden) qoyulmuşdur. Qərbi Avropanın mərkəzində yerləşən bu kiçik və təhlükəsiz şəhərdə müxtəlif millətlərdən çox sayda insan yaşayır. Ümumilikdə 26.000 tələbənin təhsil aldığı Leiden universiteti tam bir tələbə şəhəridir. Universitetdə 115-dən çox ölkədən minlərlə beynəlxalq tələbə təhsil alır.Universitet İngilis və Holland dilində bakalavr, magistr və doktorantura proqramları təklif edir. Leiden University QS World University sıralamasında 2012-ci ildən başlayaraq ardıcıl 4 il müddətində ilk ən yaxşı 100 universitet arasında sıralanır. Hal-hazırda universitet QS World University sıralamasında 109, Times Higher Education sıralamasında isə 67-ci yerdədir. Hollandiya Təhsil Nazirliyi tərəfindən tanınan Leiden Universitetinin təklif etdiyi proqramlar NVAO tərəfindən akkreditə olunmuşdur. Beynəlxalq bir prestijə sahib Leiden Universiteti 16 Nobel mükafatına sahibdir.
Leiden Universiteti qabaqcıl akademik tədqiqatları ilə xüsus bir nüfuza malikdir. Leiden universitetinin alimləri, cəmiyyətə faydalı olacaq mövzularda elmi tədqiqat işləri aparırlar. Universitetin alimləri tez-tez Spinoza Prize, Avropa Araşdırma Konsulluğu (ERC) dəstəyi, NOW-dan və KNAW-dan mükafata layiq görülürlər. Universitetin Leiden şəhərindəki kampusları ilə yanaşı Haaqa şəhərində də bir kapmusu mövcüddur. Hər iki şəhərdə yerləşən kampusun yataqxanalarında limitli sayda yer olmasına baxmayaraq, beynəlxalq tələbələr yataqxana xidmətlərindən istifadə edə bilərlər. Tələbələrin kampuslarda rahatlıqla istifadə edə biləcəkləri xidmətlərə əsas kitabxanalar, Plexus tələbə klubu və Leiden universiteti idman mərkəzi daxildir. Beş milyondan çox kitab və əlli minədək jurnala sahib olan universitet kitabxanasında həmçinin qərb və şərq əlyazmaları, bədii kitablar, arxivlər, rəsmlər, fotoşəkillər, xəritələr və atlaslar üzrə tanınmış kolleksiyalar mövcuddur. Hər bir kampusda mövcud olan tələbə yardım xidmətləri günün 24 saatında tələbələr üçün fəaliyyət göstərir. Leiden universiteti çox geniş bir məzun şəbəkəsinə sahibdir. Buna misal olaraq Hollandiyanın hal-hazır ki baş naziri Mark Rutte, Amerika Birləşmiş Ştatları 6-cı prezidenti John Qurasında dünyaca məşhur dövlət nümayəndələri və siyasətçilər, incəsənət adamları, nobel mükafatçıları, idman ustincy Adams, nobel mükafatçısı Kamerlingh Onnes və başqa bu kimi tanınmış simaları qeyd etmək olar.

Təhsil proqramları (bakalavr, magistr və doktorantura)

  • Arxeologiya
  • İdarəetmə və Qlobal məsələlər
  • Humanitar elmləri
  • Hüquq
  • Tibb elmləri
  • Təbiət elmləri
  • Sosial elmləri

Tələb olunan sənədlər
Pasport, diplom və ya attestat, CV, tövsiyyə və motivasiya məktubu, İngilis dili sertifikatı (IELTS və ya TOEFL)

Medium lumc 1920x600Universiteitleidenlogo.svg

Leiden University

Hollandiyanın Leiden şəhərində 1575-ci ildə əsası qoyulan universitet NVAO tərəfindən akkreditə olunmuşdur.
© 2020 SNG, All Rights Reserved.