La Trobe University

La Trobe University

Əlaqə

Victoria regionunda 3-cü ən qədim universitet olan La Trobe Universiteti 1964-cü ildə Avstraliyanın 2-ci ən böyük və əsl tələbə şəhəri olan Melbourne-da təsis edilmişdir. Dünyanın 40-dan çox ölkəsində təxminən 150 universitetlə əməkdaşlıq edən Trobe Universiteti Avstraliyanın ən böyük və ən sürətli böyüyən universitetlərindən biridir. Hal-hazırda universitetdə 20.343 tələbə təhsil alır. La Trobe universiteti üçün 2005-ci il reytinq baxımından çox uğurlu bir il sayılır, həmin ildə universitet dünya universitetləri arasında ilk 100 ən yaxşı universitet arasında yer aldı (98-ci yer). La Trobe dünya universitetləri arasında reytinqə görə sürətlə irəliləyən universitetlərdəndir. Universitet Times Higher Education 2016-cı 150 Under 50 sıralamasına görə 58-ci yerdə, Commonwealth Government Excellence in Research for Australia (ERA) ən son açıqlamasına görə isə Avstraliyada ilk 10 universitet arasındadır. Əsas kampusları Bundoora və Melbourneda yerləşir. Digər iki böyük kampus Bendigo və Albury isə Wodongadadır. Tələbələr kampusların daxilində sağlamlıq mərkəzi, kitabxana və oxu zalları, ticarət mərkəzi, idman və fitness mərkəzi və yataqxana xidmətindən rahatlıqla istifadə edə bilərlər. Universitet proqramları beynəlxalq tələbələr üçün xüsusi olaraq nəzərdə tutulmuşdur. Beynəlxalq tələbələr üçün akademik dəstək kursları da mövcuddur. Universitetin Karyera Xidməti bir çox tələbələri təcrübə proqramlarına və işə yerləşdirmə dəstəyi ilə təmin edir. Jacinta Allan, Fran Bailey, Helen Buckingham, Jacinta Collins kimi görkəmli dövlət xadimləri universitetin məzunları arasındadır.

Təhsil proqramları (bakalavr, magistr və doktorontura)

  • Biznes və Kommersiya
  • Biologiya və Kimya
  • İncəsənət, Sosial və Kommunikasiya elmləri
  • Təhsil elmləri
  • Tibb elmləri
  • IT və mühəndislik
  • Hüquq və Kriminologiya
  • Tələb olunan sənədlər- Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, tövsiyyə və motivasiya məktubu, İngilis dili sertifikatı ( IELTS və ya TOEFL)
Medium aa gallery photo73 2741111La trobe university

La Trobe University

1964-cü ildə Victoria regionunda təsis edilən La Trobe Universiteti Melbourne-da yerləşir.
© 2020 SNG, All Rights Reserved.