King's College London

King's College London

Əlaqə

King's College London Paytaxt Londonda yerləşir. İngiltərənin qabacıl universitetlərindən biri hesab olunan bu universitetin əsası 1829-cu ildə King George IV və Wellington Duke tərəfindən qoyulmuşdur. Ümumilikdə 20.000-dən çox tələbənin təhsil aldığı universitetetin bir çox müəllim heyəti Nobel mükafatına layiq görülmüşdür. Dünyanın ən yaxşı 25 universitetləri sırasındadır. Hal-hazırda tədqiqat üçün İngiltərənin ən çox maliyyələşdirilən universitetlərindən biridir.
Tibb, stomatologiya, hüquq, siyasi elm və beynəlxalq münasibətlər, beynəlxalq təhlükəsizlik, musiqi və fəlsəfə sahəsində Böyük Britaniyanın və dünyanın ən çox müraciət edilən universitetidir.
Londonda bir çox kampusu var. Ən əhəmiyyətli kampus Stranddır və Strand yolundadır. BBC əsas binasının qonşuluğundadır. İngilis Parlamentinə yürüş məsafəsindədir. Bu kampus Thames çayı üzərindədir. Digər vacib kampus Chelsea kampusudur. Londondan başqa Bornmut, Brighton və Oxfordda 4 əsas kampus və 7 alt kampusu var.
Reytinq cədvəlində hər zaman ön sıralarda qərarlaşan King's College London Beynəlxalq sıralamada Top 25 universitet arasında göstərilir. Tələbələrin gələcək karyerasını hər zaman diqqət mərkəzində saxlayan Universitet, məzunlarının işlə təmin olunma nisbətinə görə Böyük Britaniyanın ilk 3 təhsil müəssisəsindən biridir.

Təhsil proqramları ( bakalavr, magistr və doktorantura)

  • İncəsənət və humanitar sahələr
  • Dental institut
  • Biomedikal elmlər
  • Tibb
  • Təbiət və riyazi elmlər
  • İctimai elm və ictimai siyasət
  • Psixiatriya
  • Mühəndislik
  • Biznes İdarəetmə
  • Maliyyə
  • Təhsilin idarə edilməsi
  • Riyaziyyat
  • Kimya
  • Fizika
  • Kompüter Elmləri
  • İnformasiya Texnologiyaları

Tələb olunan sənədlər :
Foundation üçün:
Orta Məktəb Diplomu(Attestat)
UKVİ İELTS 5.5
Minimum yaş 16

The Sunday Times qəzetinə görə King's College London 2015/2016-ci ildə dünyada magistratuta tehsil seviyyesine göre ilk 20 universitet arasında yer almış və 2016-cı ildə QS World Rankings Dünya Universitetleri sıralamasında 13-cü yerde qərarlaşmışdır. Londonun mərkəzində yerləşən tədqiqat mərkəzində dünyanın 150-dən çox ölkəsindən 8000 beynəlxalq tələbə və ümumilikdə 26 min tələbəyə ev sahibliyi edir. King's College London dünyanın 130 universiteti ilə əməkdaşlıq edir.

Medium somerset houseKings college london

King's College London

İngiltərənin paytaxtı Londonda yerləşən universitetin əsası 1829-cu ildə King George IV və Wellington Duke tərəfindən qoyulmuşdur.
© 2020 SNG, All Rights Reserved.