Avstriyanın paytaxtı Vyananın tam mərkəzində yerləşən kampus özünəməxsusluğu ilə seçilir. Burada yerləşən kampus yeni avadanlıqlar ilə təmin olunmuşdur. İBS tələbələrinə müasir kampus binalarında kitabxana, labaratoriya, innovasiya mərkəzi, tam təchiz olunmuş idman və fitness mərkəzi, yeməkxana, və yüksək standartlara cavab verən kampus daxili yataqxana mövcuddur. Universitet bakalavr pilləsində təhsil alan tələbələrin təhsillərinin 3-cü ilində beynəlxalq bir şirkətdə təcrübə keçməsi üçün imkan yaradır. Bu praktika tələbələrin təhsilini gücləndirməyə və onlara təcrübə qazanmağa imkan verən mühüm üstünlük kimi daima ön planda olur. İnternational Business School təklif etdiyi təcrübə və geniş imkanlar əsasında hal-hazırda 100-dən çox ölkədən tələbəyə ev sahibliyi edir. Biznes sahəsində biliklərə yiyələnmək və artırmaq üçün əlverişli fürsət hesab oluna bilər. Universitet regionda tanınmış, çoxtərəfli yüksək təhsil xidmətləri göstərən, yüksək səviyyəli beynəlxalq və geniş tələbə ətrafı olan, biznes və idarəetmə sahəsinə maraq göstərən bir təşkilatdır. Universitetin missiyası iqtisadi və mədəni cəhətdən müvafiq, ingilis dilində biznes və idarəetmə ilə bağlı təhsildən faydalana biləcək insanları təmin etməkdir.
IBS, Buckingham Universiteti ilə əməkdaşlıq etdiyi proqramlardan müvəffəqiyyətli məzunlar üçün İngiltərədən Buckingham Universiteti diplomuna layiq görülüb. İBS-dən məzun olan tələbələr bir başa Buckingham Universitetinin diplomunu alsalar da, Macarıstanda təhsil almaq istəyən namizədlər başqa IBS Diplomunu ala bilərlər.
Təhsil proqramları (bakalavr, magistr və doktorantura)
- Biznes Administrasiyası
- Beynəlxalq İdarəetmə
- Maliyyənin İdarə Edilməsi
- Menecment
- Menecment Psixologiyası
- Marketinq
- Turizm
- İnsan Resurslarının İdarə Edilməsi
Tələb olunan sənədlər
Bakalavr üzrə:
Pasport, Attestat, motivasiya məktubu, dil sertifikatı ( IELTS 6.0 və ya TOEFL 550)
Magistr üzrə:
Pasport, bakalavr diplomu, referens və motivasiya məktubu, dil sertifikatı ( IELTS 6.5 və ya TOEFL 575)