Inholland University of Applied Sciences

Inholland University of Applied Sciences

Əlaqə

Inholland University of Applied Sciences Holandiyanın qabaqcıl universitetlərindən biridir. Universitetin yüksək standarlara cavab verən kampusları Hollandiyanın doqquz müxtəlif şəhərində (Alkmaar, Amstelveen, Amsterdam, Delft, The Hague, Diemen, Dordrecht) mövcuddur. Universitetin kampuslarında dünyanın 110 müxtəlif ölkəsindən minlərlə beynəlxalq tələbə təhsil alır. Beynəlxalq tələbələrin Hollandiya-da ən çox seçim etdiyi universitetlərdən biridir. Universitet 6 fakültədə bakalavr və magistr proqramları ilə yanaşı subbakalavr proqramları təklif edir. Proqramlar İngilis və Holland dilində tədris olunur. Universitetin təklif etdiyi beynəlxalq proqramlar yalnız Amsterdam/Diemen, Delft, Haarlem and The Hague şəhərlərində yerləşən kampusunda mövcuddur. Tələbələr təhsil aldığı müddətdə həm Hollandiya, həm də dünyada beynəlxalq, İngilis dilli şirkətlərdə təcrübə keçmək üçün imkanlar əldə edirlər. Kurslar öz sahəsində peşəkar universitet professor və müəllimlər tərəfindən ingilis və holland dilində tədris olunur. Inholland kampusunun daxilində tələbələr peşəkar audio-vizual avadanlıqlar, kitabxanalar, müasir laboratoriyalar, kompüter otaqları, informasiya xidmətləri və yardım xidməti, yeməkxana, fitness zalları, kserekopiya və çap obyektləri kimi bir çox imkanlardan istifadə hüququna sahibdirlər.

Təhsil proqramları (bakalavr, magistr və subbakalavr)

  • Aviasiya Mühəndisliyi
  • Biznes İnnovasiya
  • Beynəlxalq musiqinin idarə edilməsi
  • İnformasiya texnologiyaları
  • Mühəndislik
  • Turizmin idarə edilməsi
  • Tibb elmləri
  • Təhsilin idarə edilməsi

Tələb olunan sənədlər
Pasport, diplom və ya attestat, CV, tövsiyyə və motivasiya məktubu, İngilis dili sertifikatı ( IELTS və ya TOEFL)

Medium 1920 den haag voorjaar 2011 1 Download

Inholland University of Applied Sciences

Hollandiyanın doqquz müxtəlif şəhərində kampusları olan Universitet həm Hollandiya, həm də digər dünya ölkələrində tələbələr üçün təcrübə imkanları təklif edir.
© 2020 SNG, All Rights Reserved.