Heriot-Watt University

Heriot-Watt University

Əlaqə

1821-ci ildə qurulan Heriot-Watt Universiteti İngiltərədəki ən yaxşı universitetlərdən biridir. Tədqiqat imkanları və iş dünyası ilə birgə həyata keçirdikləri layihələr sayəsində bir çox beynəlxalq tələbə tərəfindən seçilən universitetdir. Heriot-Watt uğurlu dünyaya inteqrasiya olunmuş Universitet olub dünyanın 123 ölkəsindən gəlmiş 30.000 tələbəsi ilə və 85 ölkədən olan mədəniyyətin zəngin nümunələrini təqdim edən komandasıyla fəxr edir.
Bu məşhurluq ilk dəfə yayda Dünya Universitetlərinin Akademik sıralamasına Heriot Wattın girməsiylə və Times Higher Education World University sıralamasında dünyaca tanınmış top 400 universitetə daxil olmasıyla gəlmişdir. Universitet dünyada QS World University Rankings 2017/18 görə 312-ci yerdə qərarlaşır. The Guardian University League Table 2017 görə Birləşmiş Krallıqda da top 20 Universitet arasına daxil olub. Heriot Watt tədqiqatlarına görə Şotlandiyada 1-ci, Birləşmiş Krallıqda 10-cu sırada yer alır. Heriot Watt, Biznes, Menecment və Maliyyə sahəsində ən yaxşı Bakalavr proqramlarını təklif edir.

Təhsil proqramramları ( bakalavr, magistr və doktorantura)

  • Mühasibat və biznes hüququ
  • Mühasibat və maliyyə
  • Memarlıq Mühəndisliyi
  • Kimya Mühəndisliyi
  • Kompüter Elmləri
  • İqtisadiyyat
  • Moda
  • Beynəlxalq Biznes idarəçiliyi
  • Biologiya Elmləri
  • Biznes və Maliyyə

Edinburgh Business School Heriot Watt Universitetinin nəznində fəaliyyət göstərən Biznes İnstitutudur.
Məktəb, dünyada biznesin ən böyük beynəlxalq proqramlarından biri olan Master of Business Administration (MBA) proqramı daxil olmaqla bir sıra Master proqramları təklif edir.

Tələb olunan sənədlər:
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), tövsiyyə və motivasiya məktubu, dil sertifikatı ( IELTS və ya TOEFL)

Medium urban tranquility 1280x720Heriot watt university logo vector

Heriot-Watt University

İngiltərənin ən yaxşı universitetlərdən biri olan Heriot-Watt Universiteti dünyadakı bir çox təhsil müəssisələri ilə əməkdaşlıq edir.
© 2020 SNG, All Rights Reserved.