Griffith University Queensland

Griffith University Queensland

Əlaqə

Griffith Universiteti 1971-ci ildə Brisbane şəhərinin 10 km cənubundakı Nathan şəhərində əsası qoyulmuş dövlət universitetidir. Griffith Universiteti Avstraliyada ilk ən yaxşı 10 universitetləri arasındadır. Dünya universitetlərinin sıralamasında ilk 250-də yer alan Griffith Universiteti Avstraliya İnnovativ Tədqiqat Universitetinin (IRU) qurucularındandır. Avstraliyada ekoloji elm sahəsində lider olan universitet bundan əlavə, 2007-ci ildə South Bank Campus-a köçürülən Griffith Film School Avstraliya ilə ən böyük və ən müasir film məktəbinə çevrilmişdir. Griffith Universitetinin Biznes departmenti AACSB akkreditasiyasına malikdir, hansı ki bu akkreditasiya yalnız dünyanın ən yaxşı Biznes Məktəblərinin 5% -nə məxsusdur. Beynəlxalq tələbələrin çoxluq təşkil etdiyi Griffith Universitetində 131 ölkədən təxminən 32,000 tələbə təhsil alır. Universitet 5 fərqli tədris binasında tələbələrə təxminən 300 akademik proqram (bakalavr, magistr və doktorantura) təklif edir. Griffith Universiteti Avstraliyanın ən böyük 9-cu universitetidir. Kurslar öz sahəsində peşəkar universitet professorları tərəfindən ingilis dilində tədris olunur. Beynəlxalq tələbələr dərslərdə Avstraliyalı və beynəlxalq tələbələrlə birlikdə iştirak edirlər ki bu da öz növbəsində onların yeni mühitə mümkün qədər tez adaptasiya olmasına şərait yaradır. Universitetin 5 müxtəlif kampusu mövcuddur və kampusların hər birində kitabxana, tam təchiz olunmuş idman və fitness mərkəzi, sağlamlıq mərkəzi və kampus daxili yataqxana mövcuddur. Griffith universitetində kampus daxili kurslara bərabər həmçinin online proqramlar da mövcuddur. Universitetin məzunları arasında incəsənət xadimləri, kinorejissorlar, fotoqraflar, idman ustaları, jurnalistlər və siyasətçilər olmuşdur. Griffith məzunları yaşadığımız cəmiyyətə böyük töhvəsi və müsbət təsir olan insanlardır.

Təhsil proqramları (bakalavr və magistr)

  • Aviasiya və Təbiət elmləri
  • Biznes və İdarə Etmə
  • Hüquq və Kriminologiya
  • Təhsil elmləri
  • Mühəndislik və İT
  • Tibb elmləri
  • Humanitar və Dilçilik
  • Musiqi və Səhnə Sənəti
  • Memarliq
  • Vizual və Yaradıcı İncəsənət

Tələb olunan sənədlər
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, tövsiyyə və motivasiya məktubu, ingilis dili sertifikatı ( IELTS və ya TOEFL)

Medium griffith university learning commons thomsonadsett photosbyangusmartin  1 Griffith university queensland

Griffith University Queensland

1971-ci ildə təsis edilən Griffith University Queensland Nathan şəhərində yerləşir.
© 2020 SNG, All Rights Reserved.