Glion Institute of Higher Education

Glion Institute of Higher Education

Əlaqə

“Glion Institute of Higher Education” biznes və qonaqpərvəlik idarəçiliyi sahəsində dünyanın ən yaxşı ixtisaslaşmış məktəblərindən biridir.

1962-ci ildə əsası qoyulmuş təhsil müəssisəsinin İsveçrə və Böyük Britaniyada 3 kampusu yerləşir. 90-dan çox milləti təmsil edən tələbələr “Glion Institute of Higher Education”da bakalavr və magistr dərəcələri üzrə təhsil alırlar. Bundan əlavə institutun yay məktəbi, təcrübə proqramları, vorkşopları, xarici peşəkarlar tərəfindən tədris olunan ingilis dili kursları da fəaliyyət göstərir.

Montreux kampusu tələbələr üçün sağlam yaşam tərzi və əyləncəli məşğuliyyətləri ilə tanınır. Fransız Alpları, Cenevrə gölün mənzərəsi, caz festivalları, Milana və Parisə ekskursiyalar, Mişelin ulduzlu restoranlarda iş imkanları bunlardan bir neçəsidir.

Bulle, “Gruyère”nin qəlbində yerləşən müasir bir kampusdur. Beynəlxalq səviyyəli otelləri və qonaqpərvərlik mədəniyyəti ilə İsveçrəni kəşf etmək üçün əsl fürsətdir.

London kampusu isə İngiltərənin ən qədim universitet binalarından birində, “Downshire House”da yerləşir. Şəhərcik canlı və multicultural tələbə mühiti təqdim edir. Qlobal tədbirlər və maliyyə baxımından London otel idarəçiliyi oxumaq üçün tələbələrin əsas seçimlərindəndir.

“QS World University Rankings 2022” siyahısına görə, institutun akademik standartları qonaqpərvərlik və istirahət sahəsində top 4 fasilitasiya arasında yer alıb, həmçinin “HR” departamentinin reputasiyasına görə ilk #3-lükdədir.
Təhsil müəssisəsi bakalavr dərəcəsi üzrə 2 proqram, magistr dərəcəsi üzrə isə 4 proqrama sahibdir.

Bakalavr:

  • Beynəlxalq qonaqpərvərlik biznesi (BBA)
  • Lüks biznes üzrə bakalavr dərəcəsi (BBA)

Magistr:

  • Qonaqpərvərlik biznesində liderlik (MSc)
  • Daşınmaz əmlak, maliyyə və otel idarəçiliyi (MSc)
  • Qonaqpərvərlik, sahibkarlıq və innaovasiya (MSc)
  • Lüks idarəetmə və qonaqpərvərlik təcrübəsi (MSc)

Tələb olunan sənədlər:
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, ingilis dili sertifikatı ( IELTS və ya TOEFL)

Medium hero 721b8c28 2f11 461a abf4 0177e0e32d3fGlion institute of higher education logo

Glion Institute of Higher Education

1962-ci ildə əsası qoyulmuş təhsil müəssisəsinin İsveçrə və Böyük Britaniyada 3 kampusu yerləşir. 90-dan çox milləti təmsil edən tələbələr “Glion Institute of Higher Education”da bakalavr və magistr dərəcələri üzrə təhsil alırlar.
© 2020 SNG, All Rights Reserved.