Erasmus University Rotterdam Hollandiyanın iqlim baxımından əlverişli şəraitə malik və tələbə şəhərlərindən biri olan Rotterdamda yerləşən dövlət universitetidir. Universitetin əsası 1913-cü ildə qoyulmuş universitetdə 28,000 çox tələbə təhsil alır. Erasmus University Rotterdam akademik heyəti 12 fakültədə çalışan 1400-dən çox professor və ixtisaslı müəllimlərdən ibarətdir. Erasmus Rotterdam universitetinin tibb mərkəzi Hollandiyadakı ən böyük, qabaqcıl akademik tibb və travma mərkəzlərindən biridir. Eyni zamanda universitetin İqtisadiyyat və Menecment fakültəsi Avropada xüsusi bir nüfuza malikdir. 2017-ci ildə Financial Times ən yaxşı Biznes Universitetləri sıralamasında Erasmus University Rotterdam ilk 10-da yer almışdır. Times Higher Education dünya universitetləri sıralamasında 2011-ci ildə 159-cu yerdə sıralanan Erasmus University Rotterdam son 7 ildə böyük yüksəlişə nail olmuşdur. Artıq 2018-ci ildə universitet 72-ci yerdə sıralanır. Dörd geniş kampusu olan universitetin kampusları müasir və təhlükəsiz mühitə sahibdir. Erasmus University Rotterdamın əsas kampusu olan Woudestein kampusundan şəhər mərkəzindən 15 dəqiqəlik velosiped məsafəsində yerləşir. Rotterdam şəhərində bir tələbə üçün lazım olan bütün vacib məlumatları tapa bilərsiniz: sənət kitabxanasından teatra qədər, böyük supermarketlər, tam təchizatlı fitness mərkəzi, sosial, idman, iş, siyasi və mədəni klublarda iştirak etmək üçün demək olar ki, limitsiz sayda klublar və cəmiyyətlər fəaliyyət göstərir.
Əgər universitetin kampusu haqqında əlavə informasiya əldə etmək istəyirsinizsə, aşağıdakı linkə klik edərək kampusda virtual gəzinti edə bilərsiz https://experience.eur.nl/on-campus#introduction
Universitet məzunları arasında məşhur Nobel mükafatçısı Jan Tinbergen və başqa görkəmli siyasətçilər, sahibkarlar, filosoflar, iqtisadçı və elm adamları olmuşdur. Bunlar misal olaraq Hollandiyanın sabiq baş naziri Jan Peter Balkenende, Almaniyanın sabiq kənd təssərüfatı naziri Cees Verman və bu kimi tanınmış simaları göstərmək olar.
Təhsil proqramları (bakalavr, magistr və doktorantura)
- Beynəlxalq Biznes Administrasiyası
- İqtisadiyyat
- Filosofiya
- Biznes və Menecment
- Mühəndislik
- Tibb elmləri
- Təhsil elmləri
Tələb olunan sənədlər
Pasport, diplom və ya attestat, CV, tövsiyyə və motivasiya məktubu, İngilis dili sertifikatı (IELTS və ya TOEFL)