Edith Cowan University

Edith Cowan University

Əlaqə

Avstraliya Universitetləri arasında ilk 50-də sıralanan Edith Cowan Universitetinin (ECU) əsası 1991-ci ildə qoyulmuşdur. Universitet sağlam mühitə sahib, təhlükəsiz və modern bir şəhər olaraq bilinən, Qərbi Avstraliya-nın gözəl şəhərlərindən biri olan Perth-də yerləşir. Müasir imkanlara və yüksək keyfiyyətli təhsilə sahib olan universitet innovasiya və mükəmməlliyə önəm verən modern bir universitetdir. Təxminən 25 min tələbənin təhsil aldığı Edith Cowan Universitetində beynəlxalq tələbələr ümumilikdə tələbə sayının 17%-ni təşkil edir. Universitetin 8 tədris binasında bakalavr, magistr və doktorantura proqramları üçün 300-dən artıq fərqli kurs tədris olunur. Universitet bakalavr və magistratura proqramları ilə yanaşı İngilis dili hazırlığına ehtiyacı olan tələbələr üçün dil kursu+bakalavr və ya dil kursu+magistr proqramları təklif edir. Universitet məzunları arasında Maldiv Respublikasının sabiq baş naziri Ahmed Adeeb, Malaziyanın Sabah ştatının baş naziri Musa Aman və başqa görkəmli şəxslərin adı çəkilir.
Edith Cowan Universitetinin 3 müasir və geniş sahəni əhatə edən kampusu vardır.
Joondalup Campus Universitetin mərkəzi binasını bu kampusda yerləşir. Binada sağlamlıq mərkəzi, tam təchiz olunmuş idman və fitness mərkəzi, kitabxana, yay aylarında açıq hava kinoteatrı və kampus daxili yataqxana mövcuddur.
Mount Lawley Campus, Universitetin tədris mərkəzinə ictimai nəqliyyat vasitəsi ilə yalnız bir neçə dəqiqəlik məsafədə yerləşir. Kampusda kompleks təhsil resursları, geniş media təlimi, ifaçılıq sənətləri, idman və fitness mərkəzləri və kampus daxili yataqxana kimi imkanlar mövcuddur.
ECU Southwest Campus (Bunbury) Qərbi Avstraliyada şəhər kənarında yerləşən ən böyük universitet kampusudur. Kampus imkanları arasında müasir təchizatla təmin olunmuş tədris otaqları, idman və fitness mərkəzləri və kampus daxili yataqxana yer alır.
Təhsil proqramları ( bakalavr, magistr və doktorantura)

  • Incəsənət və Humanitar elmlər
  • Biznes və Hüquq
  • Mühəndəslik və Texnologiya
  • Tibb və Sağlamlıq elmləri
  • Təbiətşünaslıq
  • Təhsil emləri
  • Qərb Avstraliya İfaçılıq İncəsənət Akademiyası

Tələb olunan sənədlər
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, tövsiyyə və motivasiya məktubu, İngilis dili sertifikatı (IELTS və ya TOEFL)

Medium aa gallery photo180 4919597Download

Edith Cowan University

1991-ci ildə yaradılan Edith Cowan Universiteti Avstraliya Universitetləri arasında ön sıralardadır.
© 2020 SNG, All Rights Reserved.