Deakin University

Deakin University

Əlaqə

35.000-dən çox tələbənin təhsil aldığı Deakin Universiteti 1974-cü ildə Avstraliyanın Viktoriya əyalətində yaradılmış dövlət universitetidir. Avstraliyanın yeni yaradılmış universitetləri sırasında olan Deakin Universiteti iki dəfə Avstraliyanın ən nüfuzlu mükafatlarından olan Australian University of the Year qazanıb. Avstraliyanın ən yaxşı 13-cü universiteti və Times Higher Education World University sıralamasında isə 301-ci yeri tutur. Deakin Universiteti texnologiyanın şüurlu şəkildə istifadəsi və sənaye ilə uğurlu işgüzar ittifaqa görə iki dəfə ilin universiteti seçilmişdir. Universitetin Victoria regionunda geniş ərazini əhatə edən 4 böyük kampusu (Geelong, Warrnambool, Burwood və Melburn ) vardır. Hər kampus unikal, stimullaşdırıcı tədris, öyrənmə və tədqiqat mühiti ilə yanaşı tələbələri yüksək komfortla təmin edir. Deakin universitetinin tədris mərkəzləri və kitabxanalarında tədrisin inkişafı üçün ən son texnologiyalardan istifadə olunur. Deakin Avstraliyanın Victoria əyalətində son 6 il ərzində (Australian Graduate Survey 2010-2015) tələbə məmnunluğu üçün ilk sırada yer almışdır. Universitet məzunları arasında dünyaca məşhur incəsənət adamları, dövlət nümayəndələri və siyasətçilər, idmançılar, sahibkarlar və başqa sənət sahiblərinin adları çəkilir. Buna misal olaraq Ben Graham, Mandawuy Yunupingu, Phillip Aspinall kimi tanınmış insanları qeyd etmək olar.

Təhsil proqramları ( bakalavr, magistr və doktorantura)

  • Biznes
  • Biologiya
  • Dizayn
  • Memarlıq və İnşaat
  • Mühəndislik
  • Təhsil elmləri
  • İnformasiya Texnologiyaları
  • Humanitar, Sosial elmlər
  • Hüquq
  • Tibb elmləri
  • Psixologiya
  • İdman

Tələb olunan sənədlər
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, tövsiyyə və motivasiya məktubu, İngilis dili sertifikatı ( IELTS və ya TOEFL)

Medium inner slider uodDeakin college university

Deakin University

1974-cü ildə Avstraliyanın Viktoriya əyalətində yaradılan Deakin Universiteti tələbə məmnunluğuna görə ilk sırada yer almışdır.
© 2020 SNG, All Rights Reserved.