Curtin University Singapore

Curtin University Singapore

Əlaqə

Curtin Universitetinin əsas binası Qərbi Avstraliya ştatının paytaxtı olan Perth şəhərində yerləşir. Yerli və əcnəbi tələbələrə Sinqapurda Avstraliya universitet təhsilini almaq imkanı verir. Curtin University Singapore 13 noyabr 2008-ci ildə Sinqapurun Ticarət və Sənaye üzrə Dövlət Katibinin müavini S.İvuar və Sinqapurun Avstraliya Ali Komissarlığı Doug Chester tərəfindən rəsmi olaraq açıldı. Universitetin ölkə xaricində yerləşən Dubay, Malaziya, Mauritius kampuslarından əlavə 8 kampusdan 7-si Qərbi Avstraliyada, geridə qalan biri isə Sidneydə yerləşir. Sinqapur kampusunun təklif etdiyi kurslar Bentley kampusunda təklif edilən proqramların məzmununa və quruluşuna əsaslanır.
Tədqiqatların gedişində, tələbələr beynəlxalq perspektivlər qazanmaq və perspektivlərini genişləndirmək üçün digər kampuslara köçmə hüququna malikdirlər. QS World University reytinqinə görə Curtin Universiteti dünyanın ən yaxşı 300 universiteti sırasında yer alır. Curtin University Singapore yüksək standarlara cavab verən kampusunda audio-vizual avadanlıqlarla təchiz olunmuş 36 sinif otağı, basketbol meydançası, klinik laboratoriya, kompüter otaqları, idman zalı, Curtin Perth ilə bağlı olan yaxşı təchiz olunmuş kitabxana və s. mövcuddur.

Təhsil proqramları ( bakalavr, magistr )

  • Tibb elmləri
  • Biznes
  • Menecment
  • Maliyyə və İdarəetmə
  • İnsan resurslarının idarə edilməsi
  • Marketinq

Tələb olunan sənədlər:
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), tövsiyə və motivasiya məktubu, dil sertifikatı ( IELTS və ya TOEFL)

Medium 22405507 10154743679390957 365831684803295243 nCurtin university

Curtin University Singapore

Qərbi Avstraliya ştatının paytaxtı olan Perth şəhərində yerləşən Curtin universiteti tələbələrə Sinqapurda Avstraliya universitet təhsilini almaq imkanı verir.
© 2020 SNG, All Rights Reserved.