Curtin University Australia

Curtin University Australia

Əlaqə

1966-cı ildə əsası qoyulan Western Australian Institue of Technology hal-hazırki Curtin Universiteti Qərbi Avstraliyanın ən təhlükəsiz şəhərlərində biri olan Perth şəhərində yerləşir. Qərbi Avstraliyada 40,000-dən çox tələbəsi olan ən böyük universitet həm Avstraliyada həm də dünyada öndə gələn universitetlərdən biridir.
QS World University reytinqinə görə, Curtin Universiteti dünyanın ən yaxşı 300 universiteti sırasında yerləşir. Bundan əlavə, Academic Ranking of World Universities sıralamasına görə 2010-cu ildə dünyada 500 ən yaxşı universitetlər arasındadır. Universitetin Kimya mühəndisliyi fakültəsi, 2011ci ildə (QS) World University sıralamasında ilk 100-də yer almışdır.Curtin Universitetinin MBA Proqramları MBA Assosiasiyası (AMBA) tərəfindən akkreditə olunmuş Economist Magazine tərəfindən 113 biznes universiteti arasında 58-ci sırada yer alır.
Curtin universitetinin yüksək standarlara cavab verən kampusları tək Avstraliyada deyil ölkə xaricində (Dubay, Malaziya, Sinqapur) də mövcuddur. Ölkə daxilinədki 8 kampusdan 7 i Qərbi Avstraliyada və geridə qalan 1 isə Sidneydə yerləşir. Tələbələr kampuslarda idman, teatr, musiqi və ya könüllü işlərə qatıla bilər və ya kampusda baş tutacaq bir çox maraqlı tədbirlərdə iştirak edə bilərlər. Curtin məzunları birliyi dünyada 200.000-dən çox istedadlı və stimulverici məzunlardan ibarətdir. Bunlar arasında dünyaca məşhur incəsənət adamları, dövlət nümayəndələri və siyasətçilər, idman ustaları,
sahbikarlar və başqa sənət sahiblərinin adları çəkilir.

Təhsil proqramları ( bakalavr, magistr və doktorantura)

  • Biznes, Menecment və Hüquq
  • Fizika və Riyaziyyat
  • Mədəniyyət və Dilçilik
  • Memarlıq və İnşaat
  • Mühəndislik
  • Tibb elmləri
  • Təhsil elmləri
  • Kənd təsərüffatı
  • İT və Komputer elmləri

Tələb olunan sənədlər :
Pasport, diplom və ya attestat, CV, tövsiyyə və motivasiya məktubu, İngilis dili sertifikatı ( IELTS və ya TOEFL)

Medium 180420 rex perth 2018 v1 double final v02 rex edit 1Curtin university

Curtin University Australia

Qərbi Avstraliyanın ən təhlükəsiz şəhərlərindən birində yerləşən Curtin University Australia dünyanın qabaqcıl universitetlərdən biridir.
© 2020 SNG, All Rights Reserved.