Culinary Arts Academy Switzerland, Avropanın qəlbində yerləşən İsveçrədə, müasir təhsil müəssisələrindən ibarət və ən müasir idarəetmə üsullarından istifadə olunan bir təhsil kompleksidir. Culinary Arts Academy Switzerland Swiss Education Group-a daxil olan bir universitetdir. Culinary Arts Academy Switzerland, dünyaca məşhur iki kulinariya məktəbinin, DCT nin Lucerne-dəki Avropa Culinary Center və Le Bouveret-dəki Culinary Arts Academy-nın birləşməsindən yaranmışdır. Culinary Arts Academy Switzerland tədris proqramı özəlliklə İtalyan və Fransız mətbəxtləri olmaqla Avropa mətbəxinin tələb olunan bacarıqlarına və təcrübələrinə xüsusi yer verir. Tələbələr Avropa mətbəxtində olan kulinariya ənələrinə və müasir trendlərinə yiyələnirlər. Tələbələr universitetdə olan aşpazlarla sıx əlaqədə çalışırlar və universitetdə olan ən müasir mətbəxlər tələbələrə kulinariya sahəsində mütəxəssis olmaq imkanı yaradır. Universitetin Lucerne və Le Bouveret şəhərlərində yerləşən iki kampusu mövcuddur. Universitetdə bakalavr, magistr və doktorluq dərəcəsi proqramları tətbiq olunur.
Təhsil proqramları :
- The Professional Chef
- Traditional Swiss and European Pastry
- Kitchen Management
- Business Communication
- Marketing for the Food Industry
- International Food and Wine Matching
- Classical European Cooking
Tələb olunan sənədlər :
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, tövsiyyə və motivasiya məktubu, dil sertifikatı (IELTS və ya TOEFL)