Cornell Institute of Business and Technology

Cornell Institute of Business and Technology

Əlaqə

Cornell Institute of Business and Technology Auckland-in öndə gələn özəl təhsil müəsissələrindən biridir. Universitetdəki bütün auditoriya və laboratoriyalar geniş, rahat və moderndir. Universitetdə dərslər öz sahəsində peşakar professorlar tərəfindən ingilis dilində tədris olunur.
Cornell Universiteti Microsoft və CISCO Sertifikatlaşdırma imtahanlarının həyata keçirilə biləcəyi Prometric və Pearson Vue mərkəzidir. Cornell Universitetinin iki müasir və geniş sahəni əhatə edən kampusu vardır. Cornell Universitetinin kapmusları Aucklandın mərkəzi biznes bölgəsində, Queen və Hobson küçəsində yerləşir. Tələbələr kampuslarda idman, teatr, musiqi və ya könüllü işlərə qatıla bilər və ya kampusda baş tutacaq bir çox maraqlı tədbirlərdə iştirak edə bilərlər. Universitetin kitabxanaları həftə sonları xaric olmaqla bütün günlərdə fəaliyyət göstərirlər. Bütün tələbələr ən son texnologiya vasitəsi ilə ödənişsiz şəkildə internetə daxil ola bilirlər.
Universitetin kampuslarının yerləşdiyi ərazilərdən SKY TOWER, Auckland Kitabxanası, Auckland Muzeyi, Viaduct, Aotea Mərkəzi, Hyde Parkı və Albert Parkı kimi turizm mərkəzlərinə qısa məsafədə yerləşir. Cornell Universiteti New Zeland Training Establishment 2016 mükafatına layiq görülmüşdür.

Təhsil proqramları (bakalavr və magistr)

  • Biznes
  • Kompüter elmləri
  • Tibb elmləri
  • Kulinariya
  • Turizm

Tələb olunan sənədlər:
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, tövsiyə və motivasiya məktubu, ingilis dili sertifikatı ( IELTS və ya TOEFL)

Medium auckland1662575 945666328779612 973394540865120411 n

Cornell Institute of Business and Technology

Müasir təhsil imkanları ilə seçilən Cornell Institute of Business and Technology geniş sahəni əhatə edən 2 kampusu vardır.
© 2020 SNG, All Rights Reserved.