City, University of London

City, University of London

Əlaqə

1966-cı ildə universitet statusunu qazanan City, London Universiteti, İngiltərədə ən çox beynəlxalq və magistr tələbələrinə sahib olan universitetdir. Londonun aparıcı ali təhsil müəssisələrindən biri olan bu universitet, biznes əsaslı təhsil təqdim edir. Həmçinin, bura beynəlxalq tələbələrin ən çox seçdiyi universitetdir. Bayes Business School dünya standartlarında bu sahədə necə inkişaf etmiş olduğunun bariz göstəricisidir. Universitet Londondakı xarici və nüfuzlu şirkətlərlə sıx əlaqələrə malikdir. İş yeri qazanmış məzunların nisbəti baxımından İngiltərədəki ən yaxşı 10 universitetdən biridir. City, London Universiteti, People and Planet Green League 2009-da 71-ci yerdən 31-ci yerə yüksəlmişdir. İndiyə qədər 7 fakültə (İncəsənət Fakültəsi, Mühəndislik və Rəqəmsal Elmlər Fakültəsi, İqtisadiyyat Fakültəsi, İctimai və Sağlamlıq Elmləri Fakültəsi, İnformasiya Elmləri Fakültəsi, Sosial Elmlər Fakültəsi, Hüquq Fakültəsi), jurnalistika, ictimai elmlər, mühəndislik elmləri, sağlamlıq elmləri və biznes üzrə ən keyfiyyətli təhsil verən universitetlərdəndir. City, London Universitetinin proqramlarının əksəriyyəti peşəkar təşkilatlar tərəfindən akkreditə olunur. Bu, Universitet məzunlarının təhsillərini başa vurduqdan dərhal sonra biznes fəaliyyətlərinə sahib olduqlarını deməyə imkan verir. Əlavə olaraq, Universitet The World University Rankings 2013–2014 tərəfindən dünyanın ən yaxşı üniversitetləri arasında ilk 5% arasında yer almaqdadır.
Universitet The Times Good University Guide 2014 tərəfindən magistr məzunları maaşlar kateqoriyasında Birləşmiş Krallıq-da ən yaxşı ilk 10 arasındadır.

İxtisaslar :

  • Biznes Hüququ
  • Mühəndislik
  • Sosial elmlər
  • İncəsənət
  • Biznes iqtisadiyyatı
  • Riyaziyyat
  • Mühəndislik
  • Jurnalistika
  • Bəşəriyyət
  • Musiqi
  • Kompüter elmləri

City University London-da 126 ölkədən 21.000 şagird vardır. 50 fərqli ölkədən olan təlimçiləri ilə City Universiteti həqiqətən beynəlxalq bir mühitə sahibdir. 

City University of London məzunları kimlərdir?
Will Lewis, The Telegraph-ın redaktoru
Brendan Barber, TUC prezidenti
Michael Fish, keçmiş meteoroloq
Dermot Murnaghan, xəbər aparıcısı

Tələb olunan sənədlər:
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, tövsiyyə və motivasiya məktubu, dil sertifikatı ( IELTS və ya TOEFL)

Medium london staru lands 10 m for ftse 100 techCity university of london

City, University of London

1966-cı ildə universitet statusunu qazanan City, University of London xarici və nüfuzlu şirkətlərlə sıx əlaqələrə malikdir.
© 2020 SNG, All Rights Reserved.