Cezar Ritz Colleges Switzerland

Cezar Ritz Colleges Switzerland

Əlaqə

Cezar Ritz Colleges Switzerland, İsveçrədə ən yaxşı otel idarəetmə təhsili verən universitetlərdən biridir. Universitetin 3 kampusu vardır: La Bouveret, Lucerne və Brig. Cezar Ritz Colleges Switzerland Swiss Education Group-a daxildir. Swiss Education Group ingilis dilində təhsil verən İsveçrənin ən böyük turizm otel universitetləri olmaqla yanaşı, həm də onları potensial işəgötürənlərlə bir araya gətirməklə karyera planlaşdırmalarına kömək edir. Cezar Ritz Colleges İsveçrə dünyanın aparıcı təhsil müəssisələrindən biridir və turizm və otel sahələrində müvəffəqiyyətli bir karyera qurmaq üçün həqiqətən nadir imkanlar təklif edir. Cezar Ritz Colleges Switzerland Amerika Birləşmiş Ştatları, Birləşmiş Krallıq və başqa Avropa ölkələrində yerləşən universitetlərlə sıx əməkdaşlıq etməkdədir. Universitet daxilində bakalavr, magistr və doktorluq dərəcəsi proqramları ilə təhsil almaq mümkündür .

Təhsil proqramları :

  • Introduction to Hospitality and Tourism Management
  • Mathematics for Hospitality Business
  • Food Service Studies and Operations
  • Financial Accounting
  • Hospitality and Tourism Law
  • Business Research Methods
  • Advanced Marketing Strategy in Hospitality and Tourism

Tələb olunan sənədlər :
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, tövsiyyə və motivasiya məktubu, dil sertifikatı ( IELTS və ya TOEFL)

Medium cesar ritz collegeCezar ritz colleges switzerland

Cezar Ritz Colleges Switzerland

İsveçrədə ən yaxşı otel idarəetmə təhsili verən universitetlərdən biri olan Cezar Ritz Colleges La Bouveret, Lucerne və Brig şəhərlərində yerləşən kampuslara malikdir.
© 2020 SNG, All Rights Reserved.