Böyük Britaniyada və Uelsdə ən qədim və aparıcı tədqiqat universitetlərindən olan Cardiff Universiteti, 1883-cü ildə Uelsin paytaxtı Cardiff şəhərində qurulmuşdur. Cardiff şəhərinin mərkəzi universiteti olan Cardiff universiteti şəhər mərkəzində yerləşir. Akademik tədris mərkəzləri, yataqxanalar və tələbə birliyi binası universitetin kampusunda yerləşmişdir. 27 min tələbə və 6,000 akademik heyət olan universitetin tələbələrinin 17% -i beynəlxalq tələbələrdir.
Cardiff Universiteti İngiltərənin ən böyük universitetləri olan Oxford və Cambridge də daxil olduğu Russell Group-da yer almaqdadır. Cardiff-də British Academy and Royal Academy of Engineering-in üzvü seçilən professorlar həmçinin bir çox nüfuzlu mükafata və o cümlədən 2 ədəd Nobel mükafatlarına layiq görülmüşdür (Kimya və Tibb üzrə). Universitet Six Queen’s Anniversary Prizes mükafatı ilə də təltif olumuşdur. 180-dən çox ölkədən olan 145.000 məzun şəbəkəsi var. Görkəmli məzunlar arasında BBC-də çalışan Huw Edwards, Olimpiya qızıl medalçısı Nicole Cooke və əvvəlki Uels şairi Gillian Klarkın adları var. Times Higher Education tərəfindən dünyanın Top 200 universitetləri arasında göstərilmişdir (162-ci yer).
Cardiff Universitetinin kampusları komfortlu və geniş ərazi üzərində qurulmuşdur. Tələbələr üçün rahat və təhlükəsiz yataqxana kompleksləri fəaliyyət göstərir.
Təhsil proqramları :
- Foundation, Bakalavr və Magistr :
- Bioloji Elmlər
- Biznes, Menecment və Marketinq
- Tibb Elmləri
- Komputer Elmləri və İnformasiya Sistemləri
- Təhsil Elmləri
- Psixologiya
- İqtisadiyyat
- Mühasibat,Maliyyə və Bank
- Fashion and Textile
- Müasir Dillər və Linqvistka
- Politologiya
- Jurnalistika və PR
- Sosiologiya
- Hüquq
- Riyaziyyat
- Mühəndislik
- İncəsənət
- Arxitektura
Cardiff Universiteti haqqında əsas məlumatlar :
- Böyük Britaniya Universitetləri arasında TOP 10-da sıralanmışdır.
- Dünyada TOP 200 universitet arasında yer alır.
- Sosial elmlər,Biznes və İqtisadiyyat və Təhsil elmləri üzrə dünyada ilk 100 universitet arasındadır.
- Psixologiya ixtisası üzrə 44-cü sırada yerləşmişdir.
Tələb olunan sənədlər :
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), tövsiyyə və motivasiya məktubu, dil sertifikatı ( IELTS və ya TOEFL)