Bournemouth University

Bournemouth University

Əlaqə

İngiltərənin cənub sahilində Bournemouth şəhərində yerləşən Bournemouth universiteti Böyük Britaniyada müasir universitetlərdən biridir. 1992-ci ildə yaranan universitetin Talbot kampusu və Lansdowne kampusu olmaqla 2 kampusu vardır. Talbot kampusu şəhər mərkəzində, Lansdowne kampusu isə şəhər mərkəzindən bir qədər kənarda yerləşir.
Beynəlxalq tələbələrin BU-nu seçmə səbəbləri Kompüter Animasiya & Vizual Effects, Media & Kommunikasiya, Arxeologiya, Biznes və İdarəetmə, Siyasi və Sosial Elmlər kimi proqramların tədris olunmasındakı yüksək keyfiyyət və bu tədrisin nəticəsində bir çox sahələrdə karyera qurmağa imkan yaratmasıdır. Bournemouth universiteti Young University Rankings-ə görə ən gənc 150 universitetdən biri olmaqla bərabər The Guardian University Guide 2019-da 65-ci sırada yer almış və The Times University Guide 2018-də isə 79-cu sırada qərarlaşmışdır.

Təhsil proqramları:

  • Kompüter elmləri və Mühəndislik
  • Biznes və İdarəetmə
  • İdman Elmləri
  • Arxeoloji
  • Hüquq
  • Sosial elmlər
  • Turizm

Tələb olunan sənədlər:
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), tövsiyyə və motivasiya məktubu, dil sertifikatı ( IELTS və ya TOEFL)

Medium bournemouth university unipicturelargeBournemouth university

Bournemouth University

1992-ci ildə yaranan Bournemouth Universitetinin 2 kampusu vardır.
© 2020 SNG, All Rights Reserved.