Bahçeşehir Universiteti

Bahçeşehir Universiteti

Əlaqə

Bahçeşehir universiteti İstanbulun tam mərkəzində, Beşiktaşın Bosfor boğazına düşən hissəsində yerləşməklə dinamik auraya malik bir universitetdir. Bundan başqa universitetin hər bir guşəsində siz maraqlı tədbirlərlə qarşılaşa bilərsiniz.
Universitetə ilk daxil olduqda sizi təəccübləndirən digər məqam tələbələrin artan sayı olacaq. Bunun səbəbini soruşduqda isə tələbələr, universitetin mərkəzdə yerləşməsini və beynəlxalq əhəmiyyətini xüsusi olaraq vurğulayırlar.
BAU GLOBAL ilə tələbələr dünyanın müxtəlif yerlərində - Berlin, Toronto, Vaşinqton, Batumi, Kipr, Hanoi, Kiyev, Puebla, Brokville mərkəzlərində də təhsil ala bilərlər. Yay tətili müddətində isə tələbələr üçün xarici ölkələrdə müxtəlif proqramlar təşkil olunur.
Universitetdə təhsil alan tələbələrin və müəllim heyətinin kampus ərazisinə çatdırılması üçün pulsuz şatıllar və qayıqlar fəaliyyət göstərir. Bu isə İstanbulun nəqliyyatla dolu yollarından kənarda okeanın, təmiz havasında kampuslar arası səyahətinizə şərait yaradır.
Universitet demək olar ki elmin bütün sahələri üzrə bakalavr, magistratura və doktorantura pillələrində təhsil proqramları təklif edir:

Təhsil proqramları

Bakalavr dərəcəsi:
Tibb
Dental tibb
Süni intellekt üzrə mühəndislik
Arxitektura
İnteryer memarlıq və dizayn
Molekulyar biologiya və genetika
Proqram mühəndisliyi
Biomedikal mühəndislik
Komputer mühəndisliyi
Sənaye mühəndisliyi
Biznes administrasiyası

  • Beynəlxalq ticarət və biznes
  • Beynəlxalq maliyyə
  • İqtisadiyyat
  • Siyasi elmlər və beynəlxalq əlaqələr
  • Logistika
  • Psixologiya
  • Sosiologiya
  • Kino və televiziya
  • Cizgi filmi və animasiya
  • Hüquq
  • Qidalanma və pəhriz
  • Aviasiya

kimi ixtisaslar əcnəbi tələbələr üçün ingilis dilində tədris edilir.
https://int.bau.edu.tr/

Medium bahcesehir university conferance hall 3959Logo of bah%c3%a7e%c5%9fehir university

Bahçeşehir Universiteti

Bahçeşehir universiteti İstanbulun tam mərkəzində, Beşiktaşın Bosfor boğazına düşən hissəsində yerləşməklə dinamik auraya malik bir universitetdir. Bundan başqa universitetin hər bir guşəsində siz maraqlı tədbirlərlə qarşılaşa bilərsiniz. Universitetə ilk daxil olduqda sizi təəccübləndirən digər məqam tələbələrin artan sayı olacaq.
© 2020 SNG, All Rights Reserved.